Icma.az
close
up
RU
Anar problemləri həll etmir, niyə ziyalı deyirsiz? KONKRET

Anar problemləri həll etmir, niyə ziyalı deyirsiz? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ümid Partiyasının sədri İqbal Ağazadənin aparıcı Zaur Qəriboğlunun təqdim etdiyi “Reaksiya TV” proqramında səsləndirdiyi fikirlər diqqət çəkib.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, siyasətçi çıxışı zamanı Azərbaycanda “ziyalı” anlayışının mahiyyəti və onun cəmiyyətdəki rolu ilə bağlı fikirlərini bölüşüb.

Aparıcı, “Cəmiyyətdə ziyalı problemi var. Bəxtiyar Vahabzadə, Musa Yaqub kimi sözünü deyən ziyalılar artıq yoxdur. Doğrudur, yazıçı Anar bu gün də yazır, yaradır. Düşnürəm ki, bunun səbəbi həmin insanların zamanla lağ obyektinə çevrilmələridir ki, onlar geri çəkildilər. Niyə bu gün cəmiyyətə istiqamət verən ziyalılar görünmür?”, – sualını ünvanlayıb. İqbal Ağazadə cavabında bildirib ki, “ziyalı” anlayışı daha çox sovet dövrünün məhsuludur:

“Ziyalılıq anlayışı müəyyən tarixi mərhələlərdə formalaşıb. Xüsusən də post-sovet məkanında bu anlayış sistem tərəfindən yaradılmış bir model idi. Bu gün isə cəmiyyət həmin bölgü ilə formalaşmır. Məncə, “ziyalı” sözü tədricən gündəmdən çıxmalıdır. Axı ziyalının kim olduğunu kim müəyyənləşdirir?

1988-ci ildən başlayan proseslər bizi fərqli istiqamətə yönəltdi. Qərbi Azərbaycandan qovulan soydaşlarımızın ölkəyə gəlişi, Qarabağ məsələsinin gündəmə gəlməsi, meydan hərəkatları cəmiyyətin əsas diqqətini milli məsələlərə yönəltdi. 2023-cü ilə qədər əsas prioritet Ermənistan-Azərbaycan münaqişəsinin həlli və torpaqlarımızın geri qaytarılması idi.

Hətta siyasi institutların da başlıca şüarı bu idi. O dövrdə ziyalı hesab etdiyiniz şəxslər də məhz milli məsələlərə münasibətləri ilə önə çıxırdılar. Bu problemlər həll olunduqdan sonra isə cəmiyyətdə müəyyən ideoloji boşluq yaranıb”.

İqbal Ağazadə qeyd edib ki, yazıçı və ya şair olmaq insanı birbaşa ziyalı etmir:

“Siz Anarı, Ramiz Rövşəni və başqalarını ziyalı hesab edirsiniz. Amma ziyalılıq nədir? Şeir yazmaq, roman müəllifi olmaq, aktyor və ya aktrisa kimi fəaliyyət göstərmək ziyalı olmaq demək deyil. Bunlar peşələrdir.

Məsələn, Anar yazıçıdır. Bir qurp insan yığışıb onun üzərinə getməyib ki, Anar müəllim bizdə demokratiyanın vəziyyəti necə olacaq? İnsanlar ona daha çox tanınmış şəxs olduğu üçün müraciət edir, şəxsi problemlərinin həllində kömək gözləyirlər. Lakin bu, ziyalılıq meyarı deyil.

Onlara müraciət edənlər şəxsi problemi üçün gedirlər ki, tanınmış adamlardırlar, hər yerə əlləri çatır, problemləri həll olunsun. Kənddə də icraya, bələdiyyəyə müracət edirlər. Anara müraciət edənlərin problemləri çox vaxt həll olunmur. Ziyalı anlayışı isə tamam fərqlidir. O zaman istifadə olunardı ki, müəyyən qurup insan yığışardılar, hökumət qarşısında hansısa ciddi məsələni qaldırardılar. Sizin dediyiniz həmin ziyalılar bu kimi addımlar atmırlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri