Anar Quliyev BMT nin xüsusi elçisi ilə şəhər mobilliyi məsələlərini müzakirə edib KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT Baş katibinin Yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan və BMT arasında dayanıqlı nəqliyyat, yol təhlükəsizliyi və şəhər mobilliyi sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Anar Quliyev may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yaratdığı müsbət dinamikanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Forum çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırış” sənədi insanmərkəzli nəqliyyat siyasətlərinin təhlükəsiz, dayanıqlı və davamlı şəhər mühitinin formalaşdırılmasında mühüm rolunu bir daha təsdiqləyir.
Tərəflər dayanıqlı və inteqrə olunmuş mobillik həllərinin təşviqi, eləcə də daha inklüziv, əlçatan və yaşanabilən şəhərlərin formalaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 İyul 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















