Anar Quliyev Qarabağda vətəndaşları qəbul edib
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev martın 31-də vətəndaş qəbulu çərçivəsində Xankəndi şəhərinə səfər edib.
Gununsesi.info xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında məskunlaşdırılan sakinlərlə görüşən Komitə sədri vətəndaşların torpaq və digər daşınmaz əmlak üzərində hüquqları, yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin layihələndirilməsi, eləcə də tikinti və istismara icazə prosedurları ilə bağlı müraciətlərini dinləyib, aidiyyəti üzrə göstərişlər verib.
Qəbul zamanı həmçinin Komitə tərəfindən istifadəyə verilmiş elektron icazə sistemi (e-tikinti.gov.az) barədə ətraflı məlumat verilib, bu sahədə şəffaflığın və operativliyin artırılmasında portalın üstünlükləri diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 01 Aprel 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















