Anar Quliyev: Şəhərlər insanların rifahına xidmət etməlidir
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
“Biz son illər ərzində bu dialoqları ardıcıl şəkildə aparmışıq və bu Forumun keçirilməsi üzərimizdə böyük bir məsuliyyət yaradır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində rəsmi açılış mətbuat konfransı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, bu, beynəlxalq ictimaiyyətin bizə göstərdiyi dərin etimadın və BMT-nin əsaslandırılmış proqramına verdiyi dəstəyin bariz göstəricisidir. Bizə böyük etimad göstərilib və biz bu etimadı doğrultmaq üçün bütün səylərimizi səfərbər etmişik.
"Mən qeyd etmək istəyirəm ki, bu Forum bizim əməkdaşlıq, dayanıqlıq, inklüzivlik və insan azadlığı prinsiplərinə əsaslanan fəaliyyətimizin mühüm bir mərhələsidir. Biz inanırıq ki, şəhərlər insanların rifahına xidmət etməlidir. Azərbaycan üçün bu Forum sadəcə beynəlxalq tədbir deyil – bu, həm də milli prioritetlərimizi, gələcəyə yönəlik vizyonumuzu və şəhər inkişafında həyata keçirdiyimiz transformasiyanı nümayiş etdirən bir platformadır”.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 May 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















