Icma.az
close
up
RU
Anar Quliyev: “WUF13 ün ilk günündə 21 mindən çox iştirakçı olub” KONKRET

Anar Quliyev: “WUF13 ün ilk günündə 21 mindən çox iştirakçı olub” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə, yəni mayın 17-də iştirakçıların sayı 21 108 nəfər təşkil edib.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu forum miqyasına görə həqiqətən qlobal xarakter daşıyır: “Mayın 17-nə olan məlumata görə, qeydiyyatdan keçənlərin ümumi sayı 182 ölkədən 42 367 nəfərə çatıb. Forum, həmçinin praktiki həlləri və tərəfdaşlıqları nümayiş etdirmək üçün milli hökumətləri, şəhər administrasiyalarını, beynəlxalq təşkilatları, akademik dairələri, innovatorları və özəl sektor liderlərini bir araya gətirən dinamik “Urban Expo” (Şəhərsalma Sərgisi) ilə zənginləşdirilib. “Urban Expo”nun statistikası foruma olan böyük marağı əks etdirir. Sərginin ümumi sahəsi təxminən 35 000 kvadratmetri əhatə edir və bunun təxminən yarısı sərgi sahəsidir. Ümumilikdə, 85 ölkədən 260 iştirakçı təşkilat 122 stend və pavilyonda təmsil olunur”.

O əlavə edib ki, tərəfdaş növünə görə təşkilatlara nəzər salınarsa, onlardan 15-i akademiya və tədqiqat müəssisələri, ən böyük sayda – 136-sı vətəndaş cəmiyyəti nümayəndələri, 44-ü özəl sektor (o cümlədən 14 startap), milli hökumətlərə aid 41 pavilyon, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsidir: “Urban Expo”da 1 500 kvadratmetrlik sahədə layihələndirilmiş Azərbaycan pavilyonu bizim irsimizi, şəhərsalma yolumuzu, turizm cəlbediciliyimizi və Qarabağ ilə Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı yenidənqurma layihələrini nümayiş etdirəcək. Pavilyon Azərbaycanın şəhər transformasiyası səyahətini təqdim edərək, “insanlarla birlikdə baxışdan fəaliyyətə” konsepsiyası əsasında hazırlanıb. WUF13-də biz həm Azərbaycanın töhfəsini, həm də forumun inkişaf edən ruhunu əks etdirən yeni təşəbbüsləri təqdim etməkdən qürur duyuruq. WUF13-ün əsas fərqləndirici xüsusiyyəti onun güclü, yüksək səviyyəli siyasi fəallığı olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 May 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri