Anar Quliyev: Yaşıl tikinti üzrə yol xəritəsi hazırlanır
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə Yaşıl Tikinti üzrə Yol Xəritəsinin hazırlanması iqtiqamətində əməkdaşlıq edirik.
"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində "Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq" mövzusunda keçirilən nazirlərin görüşündə çıxışı zamanı deyib.
Bu yol xəritəsi dayanıqlılığın şəhər inkişafı proseslərimizə inteqrasiyasında kritik addımı təmsil edir:
"Yol xəritəsi yaşıl bina standartlarının, enerji səmərəli tikinti təcrübələrinin və ekoloji məsuliyyətli tikinti materiallarının istifadəsinin qəbulu üçün praktik, icra edilə bilən strategiyaları müəyyən edəcək. Əlavə olaraq, yol xəritəsi həm dövlət, həm də özəl sektor maraqlı tərəflərinə Azərbaycanın şəhər tikintisi səylərini qlobal dayanıqlılıq məqsədləri ilə uzlaşdırmaq üçün təlimat verəcək", - deyə A. Quliyev əlavə edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:108
Bu xəbər 20 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















