Anar Sarıyev: Birinci hissədə etdiyimiz səhvlərin ucbatından toparlana bilmədik
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sərhədçi" basketbol komandası "Naxçıvan"la oyunun ilk hissəsində etdiyi səhvlərə görə toparlana bilməyib. Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Anar Sarıyev qarşılaşmadan sonra açıqlama verib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının IV turunda məğlub olduqları qarşılaşma (69:76) haqqında fikirlərini bölüşüb:
"İlk yarını çox pis oynadıq. Demək olar ki, birinci hissədə etdiyimiz səhvlərin ucbatından 3-cü və 4-cü periodda da toparlana bilmədik. Hələ də komandaya inanıram. Düşünürəm ki, növbəti matçlarda daha yaxşı oynayacağıq, özümüzü göstərəcəyik. Bu, komanda idman növüdür və biz elə etməliyik ki, 12 oyunçunun hamısı hər zaman hazır olsun. Hər kəs maksimum dərəcədə komandaya töhfə verməlidir. Gələn oyunlarda daha da yaxşı olacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















