Anar Vəliyev: Mənzil hüququ insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Mənzil hüququ insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ADA Universitetinin dosenti Anar Vəliyev Bakıda WUF13-ün bağlanış mərasimində bildirib.
Onun sözlərinə görə, qlobal mənzil böhranı kritik həddə çatır: "Bu böhran təsadüfi deyil, dərin struktur, sistem və idarəetmə problemlərinin nəticəsidir. Təhlükəsiz, əlçatan və münasib mənzil ümumi gələcəyin ayrılmaz hissəsidir və ictimai məkanlar, məktəblər, səhiyyə və digər xidmətlərlə birgə vahid sistem təşkil edir".
A.Vəliyev qeyd edib ki, növbəti onilliyi Yeni Şəhər Gündəliyinin icrasını sürətləndirmək və Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişi ölçmək üçün fəaliyyət onilliyi kimi formalaşdırmaq lazımdır: "Biz ölkələri açıq öhdəliklər götürməyə, uğurlu proqram və layihələri sənədləşdirməyə, icra təcrübələrini paylaşmağa çağırırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 22 May 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















