Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Anardan COP29la bağlı Prezidentə Müraciət

Anardan COP29la bağlı Prezidentə Müraciət

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Teleqraf.com “525-ci qəzet”ə istinadən müraciətin mətnini təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

COP29-un böyük uğurla keçirilməsi, Sizin bu tədbirdə parlaq çıxışlarınız ölkəmizin başını daha da ucaltdı. Bədxahlarımızın bütün cəhdlərinə baxmayaraq, dünya Azərbaycanı sanki kəşf etdi, yenidən tanıdı. Qədim tarixi, zəngin və əlvan mədəniyyəti olan, bu gün qurucu bir həyatla yaşayan, dini və milli dözümlülük, tolerantlıq amallarına daima sadiq qalan, otuz il işğal altında qalmış və vandallar tərəfindən xarabaya çevrilmiş torpaqlarını öz gücü ilə azad edən, ərazi bütövlüyünü son qarışınacan əbədi bərpa edən qürurlu və məğrur bir xalqın vətəni Azərbaycan – Ulu öndərin dediyi kimi, dünyaya günəş kimi doğdu.

O da təsadüfi deyildir ki, müqəddəs dinimiz İslamın Yaşılı ilə Təbiətin rəmzi olan Yaşıl bir vəhdətdə – mənəvi və əxlaqi dəyərlər vəhdətində qovuşur.

Ayrı-ayrı insanlar içində paxıllar olduğu kimi, paxıl dövlətlər də var. Daha doğrusu, paxıl siyasətçilər tərəfindən idarə olunmağa məruz qalmış məmləkətlər. Füsunkar təbiətimizə, yeraltı sərvətlərimizə həsəd çəkənlər, hətta dənizimizə, küləklərimizə, bol-bol günəşli günlərimizə də qısqanclıqla yanaşırlar. Bizi təkləmək, boykot etmək cəhdləri də məhz bu gücsüz hiddətdən, aciz hikkədən doğur. Ölkəmizi təkləmək istəyənlərin arzuları ürəklərində qaldı. Özləri təkləndilər.

Fransız xalqı bəşəriyyətə ədəbiyyat, sənət, elm, maarif sahəsində dahi insanlar bəxş etmiş böyük millətdir. Amma bu ölkənin müstəmləkəçilik xumarından hələ də ayılmamış bədnam siyasətçiləri əzdikləri xalqların fəryadını, iqlim fəsadı ilə tamamilə yox olmaq təhlükəsinə görə çəkdikləri harayı eşitmək istəmirlər. Zəbt etdikləri xalqlara öz doğma dillərini unutdurub fransız dilini sırıyan müstəmləkəçilər bu məqsədlə hətta fransızca danışan ölkələr birliyi – frankofon təşkilatı yaradıblar. Amma indi nə XIX əsrdir, nə də XX yüzillik. XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır - Fransanın özündən, bir də “frankofon” Ermənistandan.

Hörmətli Prezidentim!

44 günlük zəfər savaşından və 23 saatlıq antiterror əməliyyatından sonra COP29-un Bakımızda belə möhtəşəm keçirilməsi şəxsən Sizin, xalqımızın, müstəqil dövlətimizin Üçüncü tarixi qələbəsidir.

Qələbələr qüruru və dərin minnətdarlıq hissi ilə

Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Noyabr 2024 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see502

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see309

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see248

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see247

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see240

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see237

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see229

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see221

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see202

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see196

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see194

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see191

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see188

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see188

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see179

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see179

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see178

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see173

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see168

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri