Icma.az
close
up
RU
Anası onu həbsdən xilas etdi, filmə baxması qadağan edildi, Bred Pitə görə peşman oldu VİDEO

Anası onu həbsdən xilas etdi, filmə baxması qadağan edildi, Bred Pitə görə peşman oldu VİDEO

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Anası onu həbsdən xilas etdi, filmə baxması qadağan edildi, Bredd Pittə görə peşman oldu, Oskar mərasimindən evə yemək apardı – Denzel Vaşinqton kimdir?

Ölkə.Az məşhur amerikalı aktyor Denzel Vaşinqton haqqında maraqlı faktları təqdim edir.

Aktyor 1954-cü ildə Nyu Yorkda doğulub. Onun atası keşiş olub, anası isə gözəllik mərkəzində işləyib. Bəzi məlumatlara görə, aktyor atasının adını daşıyır. Bir sıra mənbələr yazır ki, ona dünyaya gəlməsində iştirak edən həkimin adı verilib.

Özünün sözlərinə görə, balacalığında çox nadinc uşaq olub. Hətta ABC News-a müsahibəsində bildirib ki, 3 ən yaxın dostu onillərlə həbsxanada qalıb. Aktyor deyir ki, onu da dostları kimi həbsə düşməkdən xilas edən şəxs anası olub. Çünki Denzel hədsiz dəcəl idi və o da dostlarının yolunu gedə bilərdi.
Maraqlıdır ki, hazırda çox məşhur aktyor olsa da, uşaq olanda Denzeli filmə baxmağa qoymurdular. Çünki onun atası keşiş idi və sadəcə 2 filmə baxmasına icazə verirdi. Denzel deyir ki, uşaq olanda aktyor olmaq onun üçün heç xəyal belə deyildi.

Arzusu həkim və ya hüquqşünas olmaq idi. Lakin hər iki ixtisas üçün uyğun olmadığını düşünən Denzel sonradan fikrini dəyişir və jurnalistika üzrə təhsil alır.

Daha sonra aktyorluğa yönələn dinzel 1999-cu ildə jurnalistlərə açıqlamasında keşiş olmaq barədə fikirlərindən də danışıb.

Aktyor müsahibələrinin birində uşaq olarkən bir qadının onun gözünə görünərək gələcəyi barədə sözlər dediyini söyləyib:

“27 mart 1975-ci ildə Nyu-Yorkda anamın gözəllik salonunda oturduğumu xatırlayıram. Güzgüdə bir qadının mənə baxdığını görürdüm. O, mənə "Sən milyonlarla insanla danışacaqsan, böyük işlər görəcəksən!” dedi”.

Denzel həkim ola bilməsə də, düz 6 il “həkim Çadler” obrazını canlandırıb. Məhz bu rolu onun tanınmasına səbəb olub.
Aktyorla bağlı maraqlı faktlardan biri də budur ki, Oskar mükafatına layiq görülən “Se7en” filmində Bredd Pitin canlandırdığı detektiv obrazı əvvəlcə Denzel Vaşinqtona təklif edilsə də, o qəbul etməyib. Denzel filmi izlədikdən sonra bu qərarına görə çox peşman olub.

Ümumilikdə 50-dən çox rola çəkilən Denzel karyerası boyunca dəfələrlə Oskar mükafatına layiq görülüb. Namizəd olduğu ilk illərdsə aktyor bu mükafatı çox arzulasa da, qalib olmayacağını düşünürdü. Ona görə də namizəd kimi qatıldığı ilk mərasimi tez tərk etmişdi. Hətta aktyor evə əliboş qayıtmamaq üçün Oskar mərasiminə gələn qonaqlar üçün hazırlanmış yeməkdən də götürüb apardığını deyir:

“Rəqibim olan digər namizəd səhnəyə sadəcə mükafat vermək üçün çıxanda 3 dəqiqə ayaqda alqışlandı. Mən də dedim ki, yaxşı, paltoları götürüm, çünki bu gecə qazanmayacağımı bilirəm. Oskar mükafatı almasam da, evə əliboş qayıtmadım. Çıxanda böyük bir nimçə gördüm və özümə dedim ki, buradan nəyləsə ayrılıram”.
Sonradan o,“Glori” (1989) filmindəki kölə roluna görə “Ən yaxşı köməkçi kişi aktyor” və “Training Day” (2001) filmində korrupsioner polis roluna görə “Ən yaxşı kişi aktyor” nominasiyasında “Oscar” qazanıb.

Karyerası boyu Akademiya,  Qızıl Qlobus, Ekran Aktyorları Gildiyası Mükafatı və Toni Mükafatlarına layiq görülüb.
Evli və 4 uşaq atası olan Denzelin övladları da əyləncə sektorunda çalışır. Onun həyat yoldaşı və 2 övladı aktyorluqla, digərləri isə rejissorluq və prodüserliklə məşğuldur. Sənətini çox sevən aktyor kiçik oğluna məşhur personajlarından biri olan “Malcolm X” adını verib.
Denzel Vaşinqtonun ümumi sərvəti 300 milyon dollardır. O, təkcə sənəti deyil, xeyriyyəçilik fəaliyyəti ilə də tanınır. Aktyor “Equalizer”(ekvalayzer) filmlərindən qazandığı gəlirin çoxunu Afrikada 12 göz klinikası qurmaq üçün ianə edib. 

Pandemiyada Qanaya tibbi yardım daşıyan 30 yük təyyarəsini öz imkanları ilə maliyyələşdirib. 
Yüzlərlə tələbəyə təqüd verərək  təhsil almalarına dəstək olub.  Qazi ailələrdən xəstə uşaqlara yoxsulluqdan heyvan hüquqularına qədər bir çox sahədə dəstək göstərib. Onun təhsilinə dəstək verdiyi şəxslər arasında “Qara Pantera” rolu ilə tanınan aktyor məşhur aktyor Çedvik Bouzmen də var. O, bir dəfə mükafat alarkən demişdi ki, Denzel Vaşinqton olmadan “Qara Pantera” da ola bilməzdi.

Denzel çox vaxt “Holivudda qara aktyorların imkanlarını genişləndirən” insan kimi göstərilir. Onun qazandığı uğurlar sayəsində digər afroamerikalı aktyorlar da daha iri layihələrdə baş rollar almağa başlayıb.

Vaşinqton  yalnız aktyor deyil, həm də uğurlu rejissordur. “Antwone Fisher” (2002) (ENTVON FİŞR) və “Fences” (FENSES) kimi filmlərə rejissorluq edib.
Onun səhnədə yeganə prinsipi isə çılpaq səhnələrə çəkilməməkdir.

Hazırda da səhnə fəaliyyəti ilə məşğul olan aktyor bir neçə filmdən sonra təqüdə çıxacağını açıqlayıb. O, yaşından dolayı daha sakit həyat tərzi keçrimək istədiyini deyir.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 İyul 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see313

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see217

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see202

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see193

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see192

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see156

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see144

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see130

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see128

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see128

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see124

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri