Icma.az
close
up
RU
Anasından “boşanmayan” və ailə həyatına hazır olmayan KİŞİ TİPLƏRİ

Anasından “boşanmayan” və ailə həyatına hazır olmayan KİŞİ TİPLƏRİ

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.



Müasir psixologiyada tez-tez rast gəlinən problemlərdən biri də kişinin emosional olaraq anasından ayrılmaması və nəticədə sağlam ailə qurmaqda çətinlik çəkməsidir. Bu vəziyyət bəzən Separasiya olmamaq, psixoloji ayrılmama və ya ana asılılığı kimi izah olunur.

Belə kişilər formal olaraq, xaricən böyüsələr də, daxildə hələ də ana nəzarətinə bağlı qalırlar. Bu isə gələcək münasibətlərdə ciddi problemlər yarada bilər.

Medicina.az xəbər verir ki, psixologiyada insanın böyümə mərhələlərin

dən biri emosional separasiya – yəni valideyndən psixoloji ayrılmadır.

Əgər bu mərhələ düzgün keçməzsə, kişi həyat yoldaşını seçərkən və ailə qurarkən çətinlik yaşayır. Çünki qərarları öz iradəsinə deyil, anasının təsirinə əsaslanır.

Bu vəziyyət bəzi hallarda Oedip kompleksinə bənzər psixoloji bağlılıq kimi də izah edilir.


Anasından ayrılmayan kişi tipləri necə olur?

1. “Ana nə desə, o olar”

Bu tip kişi həyatındakı bütün qərarları anasının fikri ilə verir.

Əlamətləri:

Hər məsələdə anasından icazə alır

Hətta şəxsi münasibətlərini belə anası ilə müzakirə edir

Anası razı olmasa, münasibəti bitirə bilir

Qadını ilə anası arasında seçim etməkdən qorxur

Belə kişi ilə münasibətdə qadın tez-tez özünü “ikinci yerdə” hiss edir.

2. “Anasının ideal qadın modelini axtaran” kişi

Bu tip kişi şüuraltı olaraq həyat yoldaşını anası ilə müqayisə edir.

Əlamətləri



Daim “anam belə edərdi” deyir

Qadını anası kimi davranmağa məcbur edir

Qadının fərqli xarakterini qəbul etmir

Həmişə müqayisə aparır

Nəticədə qadın özünü daim imtahanda və yetərsiz hiss edir.


3. Məsuliyyətdən qaçan “uşaq kişi”

Bu tip kişi psixoloji olaraq böyümə mərhələsini tamamlamayıb.

Maliyyə məsuliyyətini üzərinə götürmək istəmir

Ev və ailə planlarından qaçır

Problemləri həll etmək əvəzinə gizlənir

Gələcək barədə ortaq planı yoxdur

Həmişə kiminsə onu qorumasını gözləyir.

Qadının susmasını istəyir

Bu tip kişilər çox vaxt ana himayəsində böyüyən və müstəqil qərar verməyi öyrənməyən insanlarda müşahidə olunur.


4. Anasını ideal və toxunulmaz hesab edən kişi

Bu tip kişi anasını tənqid olunmaz bir fiqur kimi görür.

Əlamətləri:

Anası haqqında heç bir mənfi fikir qəbul etmir

Qadınını həmişə günahkar hesab edir

Münaqişələrdə avtomatik olaraq anasının tərəfini tutur

Ailədə balans yarada bilmir

Bu vəziyyət çox vaxt gəlin-qayınana konfliktlərinin əsas səbəblərindən biri olur.


5. Emosional olaraq anasına bağlı kişi

Bəzi hallarda kişi anasına psixoloji olaraq çox güclü bağlanır.

Əlamətləri:

Gün ərzində dəfələrlə anası ilə danışır

Anası ilə emosional münasibəti həyat yoldaşından daha güclüdür

Həyatında əsas qadın fiquru kimi anasını görür

Ayrı yaşasa belə, qərarlarını anasının təsiri ilə verir


Bu vəziyyət niyə yaranır və fəsadları nədir?

Psixoloqlara görə bunun əsas səbəbləri bunlardır:

uşaqlıqda həddindən artıq ana nəzarəti

atanın ailədə zəif və ya passiv rolu

ananın oğlunu emosional “partnyor” kimi görməsi

kişinin müstəqillik bacarıqlarının inkişaf etməməsi

psixoloji separasiyanın baş verməməsi


Belə kişi ailə həyatında hansı problemləri yaradır?

Bu tip kişilərlə münasibətlərdə tez-tez aşağıdakı problemlər yaranır:

qadının özünü ailədə tək hiss etməsi

qayınana ilə daimi konfliktlər

kişinin qərarsızlığı

ailədə liderliyin olmaması

emosional uzaqlaşma

Uzun müddətdə bu vəziyyət nikahın dağılmasına səbəb ola bilər.

Aygün Musayeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 13 Mart 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri