Anasından və nənəsindən qurtulmaq istəyən qız evi yandırdı
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın paytaxtı Moskvada anası və nənəsindən qurtulmaq istəyən qadın mənzili yandırıb.
Hadisə martın 7-də günorta saatlarında Profsoyuznaya küçəsində yerləşən doqquz mərtəbəli binada baş verib. Evdə yaşayanlar xəsarət almasa da, yuxarı mərtəbələrdən 3 qadın dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yanan mənzilin sahibi yanğında qızını günahlandırıb. Qadın deyib ki, qızı psixi xəstəlik və narkotik asılılığından əziyyət çəkir. O, ötən ilin sonunda xəstəxanadan çıxıb və ailəsi ilə yaşamağa başlayıb, lakin mütəmadi olaraq onlara əl qaldırıb.
Ananın dediyinə görə, qızı mənzili miras alacağını gözlədiyini birbaşa bildirərək onu zorakılıqla hədələyib.
Bir gün əvvəl qız qohumlarından 25 min rubl tələb etsə də, onlar onu verməkdən imtina edərək otağa bağlıyıblar. Bundan sonra mənzildə yanğın başlayıb, polis araşdırma aparır./Lent.az
Baxış sayı:114
Bu xəbər 08 Mart 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















