Icma.az
close
up
RU
Anasını televizora gur səslə baxır deyə döydü

Anasını televizora gur səslə baxır deyə döydü

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeron rayonunda 47 yaşlı kişi anasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 12-də rayonun Saray qəsəbəsində baş verib. Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Mahir həmin gün saat 15 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi yaşayış evində anası Xalidə (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Mahir anasının televizorda onun izləmək istəmədiyi proqrama yüksək səslə baxmasına görə irad bildirib. Tərəflər arasında həmin səbəbdən ailə məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. Oğul həmin mübahisə əsnasında anasının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun sifət, qulaq, baş nahiyyələrinə ardıcıl vurub. 
Faktla bağlı Mahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də oğlu tərəfindən şiddət görən qadın onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə  Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, Mahir bundan əvvəldə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2026-cı il tarixli arayışına görə, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib, 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 3 ay 1 gün vaxtından əvvəl şərti azad olunub. 
Növbəti dəfə o, Sumqayıt Şəhər Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Mart 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see343

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see250

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see248

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see241

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see241

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see236

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see230

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see228

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see221

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see214

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see209

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see208

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see206

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see204

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see200

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see191

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri