Anasının gözləri ilə məzun oldu (Video)
Icma.az, Milli.az saytına istinadən bildirir.
Sosial şəbəkələrdə yayılan ana-qız hekayəsi minlərlə insanın ürəyinə toxunub.
Milli.Az xəbər verir ki, 11-ci sinifdə keçirdiyi ağır xəstəlikdən sonra görmə qabiliyyətini tamamilə itirən 25 yaşlı gənc bütün çətinliklərə baxmayaraq universitet təhsilini uğurla başa vurmağı bacarıb.
Bu uğurun arxasında isə anasının misilsiz fədakarlığı dayanıb. O, dörd il ərzində qızını bir an belə tək qoymayaraq bütün dərslərdə onun yanında iştirak edib, mühazirələri diqqətlə qeyd edib və təhsil prosesində ən böyük dəstəkçisi olub.
Ana və qızın əzmkarlığını əks etdirən bu hekayə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İstifadəçilər paylaşımın altında ananın fədakarlığını yüksək qiymətləndirərək onun övlad sevgisinin əsl nümunəsini göstərdiyini bildiriblər.
Qısa zamanda geniş yayılan bu hekayə bir daha göstərib ki, sevgi, əzm və ailə dəstəyi qarşısında ən böyük maneələri belə aşmaq mümkündür.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 İyul 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















