Icma.az
close
up
RU
Anasının ikinci ərini söyüşə görə döydü Məhkəmə

Anasının ikinci ərini söyüşə görə döydü Məhkəmə

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Siyəzən rayonunda 2001-ci il təvəllüdlü Mehman anasının qeyri-rəsmi münasibətdə olduğu Məmmədə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, anası Fərqanə, anasının qeyri-rəsmi nigahda yaşadığı Məmməd və daha dörd tanışları ilə birlikdə Şabran rayonundan toy məclisindən çıxıb və sifariş etdikləri taksi ilə Bakı şəhərinə yola düşüblər. Quba-Bakı magistral yolunun Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində, avtomobildə sərxoş vəziyyətdə olduğu üçün Məmmədin ünvanına zarafatla nalayiq ifadələr işlədib. Məmməd isə onun bu hərəkətindən əsəbləşib, onun və anasının ünvanına təhqiramiz ifadələrlə cavab verib. Bundan sonra əsəblərinə hakim ola bilməyən Mehman Məmmədlə mübahisə edib. Məmməd isə mübahisənin böyüməsi səbəbindən avtomobili yolun kənarında saxladaraq özü və avtomobildə olan digər sərnişinlər maşından düşüblər. Bu zaman Mehman da maşından düşüb, Məmməddən onun və anasının ünvanına nalayiq sözlər deməsini özü üçün qəbul edilməz hal kimi deyib. Üzərində olan bıçaqla onun qarın nahiyyəsinə iki dəfə vurub.
Mehmanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Mehman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizkənarı ərazidə fərdi yaşayış evində anası və anasının qeyri-rəsmi nigahda yaşadığı Məmmədlə birlikdə yaşayıb: “Məmməd anam Fərqanənin ikinci həyat yoldaşıdır. O, bizimlə bir evdə qalır. Onunla münasibətim əvvəllər normal olub, aramızda hər hansı mübahisələrimiz olmayıb. Məlum hadisə günü mən, anam, Məmməd və tanışlarımız Sadiq, Mərhəmət və Süleyman adlı şəxslər ilə birlikdə taksi kimi sifariş etdiyimiz “Mercedes Vito” markalı avtomobil ilə Şabran rayonuna Məmmədin qohumunun toy məclisinə getdik. Toy məclisində olduğumuz müddət ərzində hamımız spirtli içki qəbul etdik. Toy qutardıqdan sonra saat təxminən 23:45-də birlikdə taksi kimi sifariş verdiyimiz başqa avtomobil ilə Bakı şəhərinə qayıtmaq üçün yola çıxdıq. Yola çıxdıqdan təxminən 15-20 dəqiqə sonra avtomobildə deyib-güldük, zarafatlaşmağa başladıq. Zarafat zamanı sərxoş vəziyyətdə olduğum üçün Məmmədin ünvanına zarafatla nalayiq ifadələrdən istifadə etdiyim üçün mənə irad bildirdi, anamın ünvanına nalayiq ifadələr işlətdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Məmmədlə avtomobilin içində sözlə mübahisə etməyə başlayıb: “Biz mübahisə etməyə başlayandan bir qədər sonra Siyəzən rayonu ərazisində Məmməd sürücüyə avtomobili saxlamağı tapşırdı. Avtomobil dayandıqdan sonra hamımız avtomobildən yerə düşdük. Mən yerə düşdükdən sonra avtomobilin arxa tərəfinə keçdim. Mənim arxamca Məmməd də avtomobilin arxasına gəldi, orada mübahisəmizi davam etdirdik. Həmin vaxtı Məmməd əlində avtomobildə su içdiyi butulka olub. Biz mübahisə etsək də, Məmməd butulka ilə məni vurmağa cəhd göstərmədi. Lakin mübahisə zamanı Məmmədin əlindəki butulka ilə məni vurmasından ehtiyat etdim. Bundan əlavə də, əsəbi olduğum üçün üzərimdə olan bıçaq ilə ona bir neçə zərbə vurdum. Bundan sonra yanımızdakı digər şəxslər bizi ayırmaq üçün məni kənara itələdi. Mən isə yerə yıxıldım. Sonra Məmməd, anam və tanışlarımız  ilə birlikdə gəldikləri avtomobilə minərək getdilər. Mən onların hara getdiklərini bilmədim. Bundan sonra törətdiyim hadisədən bir qədər sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verdim”.
Təqsirləndirilən şəxs bildirib ki, Məmməd onun anasının ünvanına söyüş söyüb: “Bir və ya iki dəfə “söyüş söymə” dedim. Bir-birimizi söydükdən sonra onu vurdum. Bıçaq əvvəlcədən üzərimdə olub. Anamı söydüyünə görə hirsli olmuşam. Həm narazılığa görə, həm də nəsə itdiyinə görə avtomobildən hamılıqla düşdük. Avtobusda olan hər bir şəxslə münasibətim normal olub və sürücüdən başqa hamını tanımışam”. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Qeyd edək ki, Mehman bundan əvvəldə, 2019-cu ildə bıçaqlanma cinayəti törədib. O, həmin il Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib, cəzasının sonu ilə 2024-cü ilin sonlarında azadlığa çıxıb. İndi yenidən onu qarşıda 7 il həbsxana həyatı yaşayacaq. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri