Icma.az
close
up
RU
Anasının ölümünə səbəb olan, oteldə huşsuz tapılan Əməkdar artist kimdir?

Anasının ölümünə səbəb olan, oteldə huşsuz tapılan Əməkdar artist kimdir?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün Əməkdar artist Səyavuş Şəfiyevin anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Valideynləri onun hüquqşünas və ya həkim olmasını istəsələr də, günlərin birində Moskvaya gəzməyə gedən Səyavuş gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alır, məktəbi qurtardıqdan sonra "Soyuzsirk"ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Səyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar.

***

Dəvət olunduğu "Koroğlu" filmində Koroğlu roluna sirk kollektivi ilə qastrola getdiyinə görə çəkilə bilmir. Amma ustadı Adil İsgəndərov "Əhməd haradadır?" filmində Əhməd rolunda ancaq onu gördüyündən qastroldan qayıtmasını da gözləyir. O, ilk dəfə "Əhməd haradadır?"da Əhməd roluna çəkilir və məşhurluq qazanır.


Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış:

"Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cummalıdır. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim "Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz..." deyib iti zəncirə salır. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür".

***

O, öz dövrünün çox populyar, sevilən şəxsiyyəti olub. Adı dillərdə gəzib, Bakıda, Moskvada, keçmiş SSRİ məkanının kumirlərindən birinə çevrilib. Onu bir dəfə görmək üçün saatlarla keçəcəyi küçədə dayanıb gözləyənlər olub. Bacıları xatırlayırlar ki, evlərində telefonun dəstəyi yerə dəyməzdi, bəzən Səyavuş özü də bezib telefona gəlməzmiş.

"Uşaqlığın son gecəsi" filmində isə Rüstəm Elyanı qucaqlayıb öpdüyü səhnədə rejissor nə qədər çalışsa da, Səyavuş Şəfiyev utanır və qızı öpməkdən imtina edir, axırda yalnız qucaqlaşma səhnəsi ilə razılaşmalı olurlar.

***

Moskvada sevib-seçdiyi rus qızı ilə evlənib onu Bakıya gətirir. Anasından qorxduğundan gəlini nənəsinin yanında saxlayır, bir gün nənə gəlini də götürüb Səyavuşun ata-anasının yanına gətirir ki, gizli ailə qurulmaz. Səyavuşun inadını görən valideynlər yenə onunla razılaşmalı olurlar. Onların bir qızı da dünyaya gəlir.

Bir müddət sonra "Əməkdar artist" adını alır, amma mənzili olmur. Hökumətə müraciət edir, ona evi mikrorayonda panel binada verirlər. Səyavuş inciyib evdən imtina edərək deyir: "Mən ömür boyu Bakının mərkəzində yaşamışam, mikrorayonun heç yolunu tanımıram".

***

Oğlunun sındığını görən anası Südabə xanım çox narahatlıq keçirir və 1970-ci il noyabrın 25-də insult keçirib beyninə qan sızması ilə dünyasını dəyişir. Səyavuş özünü anasının ölümündə günahkar hesab edir və içindən gələn bir duyğu ilə "mən də belə öləcəm" deyir.

Ailəsini də götürüb gedir. Moskva Sirk Birliyinin baş rejissoru işləməyə başlayır. Rəhbərlik etdiyi sirk kollektivi ilə Fransanın Havr şəhərində gecəni mehmanxanada qalırlar, sabahkı çıxış vaxtı səhər hamı məşqə gəlir, Səyavuş Şəfiyev yox. Çox məsuliyyətli adam olduğuna, həmişə hamıdan tez məşqə gəldiyinə götə yoldaşları təəccüblənirlər. Qaldığı otağın qapısını açanda onu döşəmədə huşsuz vəziyyətdə tapırlar.

Aktyor insult keçirir, beyninə qan sızır. Moskvada yaşayan bir qrup azərbaycanlı ziyalı, o cümlədən Rüstəm İbrahimbəyovun, Polad Bülbüloğlunun köməkliyi ilə Səyavuşun xanımı Lyubanı Fransaya göndərə bilirlər. Sonra da Səyavuş Şəfiyev Qızıl Ayparanın təyyarəsi ilə Moskvaya gətirilir. Bakıya gətirmək istəyirlər, Səyavuş Şəfiyev əl işarəsi ilə bu vəziyyətdə Bakıya getmək istəmədiyini başa salır. Doqquz il yataq xəstəsi olur. Bu illər ərzində xanımı, qızı Cəmilə, bacıları növbə ilə ona qulluq edirlər. 2001-ci il noyabrın 25-də, illər öncə anasını itirdiyi həmin gün ikinci insult onun əzablarına son qoyur. Vəsiyyətinə uyğun olaraq Səyavuş Şəfiyev Bakıya gətirilib burada torpağa tapşırılır.

***

Amerikada yaşayan qızı ana olmağa hazırlaşdığına görə, həkimlər ona təyyarəyə minməyə icazə vermirlər. O, atasının dəfninə gələ bilmir. Ancaq atasının qəbir daşındakı bu misraları yazıb göndərə bilir.

"Dostum, sevincim-fərəhim, fəxrim, idealım, yeganə sevdiyim atam, rahat uyu. Əbədi bizimləsən, qəlbimdəsən, səni heç vaxt unutmayacam. Həmişə olduğu kimi başım üzərində parlayan günəşimsən, sənin işığının şölələri altındayam. Səni çox sevən qızın və doğmaların".

"Subay kişilər “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl ..." - “Damazlıq qızın əhvalatı” necə yazıldı? Cəlil Məmmədquluzadənin Tbilisidəki barelyefində “Azərbaycan” sözü bərpa olundu “İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingiliscə nəşri təqdim olunub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Noyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri