Icma.az
close
up
RU
Anasının sevgilisinin pulunu oğurladı, barəsində hökm oxundu

Anasının sevgilisinin pulunu oğurladı, barəsində hökm oxundu

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda anasının tanışının pulunu oğurlamaqda ittiham olunan 2006-cı il təvəllüdlü Lalə Məmmədovanın (ad-soyad şərti verilib - red.) cinayət işinə baxılıb.

Yenisabah.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 6 mart 2025-ci ildə Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən "I əməliyyatı" kafesində baş verib.

Bakı sakini Lalə anası Mahirənin tanışı Mehdiyə məxsus masanın üzərinə qoyduğu mobil telefonunun arxalığındakı 400 ABŞ dolları (günün məzənnəsinə görə 680 manat) pulu gizlincə götürüb.

İstintaq orqanı tərəfindən Lalənin barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lalə Məmmədova elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, pulu ehtiyacı olduğu üçün oğurlayıb və xərcləyib.

Zərərçəkmiş Mehdinin sözlərinə görə, təxminən bir il öncə Sabunçu bazarının yaxınlığında yerləşən kafelərdən birində Mahirə adlı xanımla tanış olub: "Özüm TIR sürücüsüyəm, Bakıya gələndə çox vaxt onunla görüşürəm. Martın 6-da axşam saatlarında Sabunçu bazarının yaxınlığında, kafelərdən birində olarkən Mahirə ilə rastlaşdım. Birlikdə "I əməliyyatı" kafesinə getdik. Həmin vaxt telefonumun qoburunun arxasında 400 dollar pulum vardı.

Mahirə ilə birlikdə spirtli içki içdik. Bir qədər keçmiş Mahirənin qızı Lalə yanımıza gəldi, bizimlə bir masa arxasına əyləşdi, sonra getdi. Təxminən saat 22 radələrində telefonumun qoburunun arxa tərəfində olan 400 dolların yerində olmadığını gördüm. Müşahidə videokamerasına baxdıqda pulu Lalənin oğurladığını aşkar etdik. Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdim".

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Lalənin barəsində bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tələbi qoyulub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Aprel 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri