Ancelina Coli özündən 8 yaşı kiçik aktyorla sevgilidir
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Hollivud ulduzu Ancelina Coli yenidən şəxsi həyatı ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, 50 yaşlı aktrisanın 42 yaşlı fransız aktyor Lui Qarrel ilə münasibətdə olduğu iddia edilir. Onlar birlikdə “Kutyur” filmində rol alıblar.
Bu barədə tanınmış kinotənqidçi Zinaida Pronçenko öz teleqram kanalında məlumat yayıb. O bildirib ki, kino sənayesinə yaxın mənbələr Ancelina Coli ilə Lui Qarrellin münasibətdə olduğunu deyir. Pronçenko aktyorun şəxsi həyatına da ironik toxunaraq qeyd edib ki, Qarrel "həmişə nüfuzu və təsiri az olmayan qadınları seçir".
Qeyd edək ki, Ancelina Coli üç dəfə ailə qurub. Onun sonuncu həyat yoldaşı aktyor Bred Pitt olub. Cütlük 5 illik evlilikdən sonra qalmaqallı şəkildə boşanıb. Onların bu nikahdan 6 övladı var.
Lui Qarrel 2000-ci illərdə Fransanın sabiq birinci xanımı Karla Bruninin bacısı, aktrisa və rejissor Valeriya Bruni-Tedeskİ ilə eşq yaşayıb. Aktyor 2025-ci ilin əvvəlində on il birlikdə olduğu supermodel Letisiya Kasta ilə boşanıb. Cütlüyün bu evlilikdən 8 yaşlı bir oğlu var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Yanvar 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















