Ancelina Colinin boşanması ilə bağlı iddia: Əzab vermək istəyib
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aktrisa Ancelina Coli Bred Pitt ilə boşanmadan varlanmağa cəhd etməkdə günahlandırılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Radar Online" məlumat yayıb.
"O, Bredi cəzalandırmaq istəyirdi və onu tələb olunan hər hansı məbləğ üçün çek yazmağa məcbur edənə qədər səkkiz il boşanmanı uzatdı. O, bu boşanmadan əvvəlkindən daha varlı çıxdı", - deyə nəşrin insayderi bildirib.
O həmçinin əlavə edib ki, aktrisa keçmiş həyat yoldaşını emosional əzab çəkməyə məcbur etməyə və bir neçə milyon məbləğində ödəniş almağa çalışıb.
Bundan əvvəl Ancelina Coli və Bred Pittin boşanma prosesinin başa çatması ilə bağlı razılığa gəldikləri bildirilmişdi. Jurnalistlərin məlumatına görə, aktyorlar dekabrın 30-da boşanma sənədlərini imzalayıblar. Colinin vəkili Ceyms Simonun sözlərinə görə, bu, 8 il əvvəl başlayan uzun məhkəmə prosesinin yalnız bir hissəsidir. O əlavə edib ki, aktrisa yorğundur, amma bu hissənin bitməsinə şaddır.
Pittin vəkili boşanma ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Yanvar 2025 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















