Icma.az
close
up
RU
Ancelina Colinin Bred Pittdən ayrılığının BİLİNMƏYƏNLƏRİ

Ancelina Colinin Bred Pittdən ayrılığının BİLİNMƏYƏNLƏRİ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittlə boşanmasının nə qədər ağrılı olduğunu səmimi şəkildə etiraf edib. Aktrisa bu barədə Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi yeni məhkəmə sənədlərində yazıb. Bu sənədlər keçmiş ər-arvad arasında uzun müddətdir davam edən Fransadakı “Şato Miraval” malikanəsi ilə bağlı məhkəmə mübahisəsinin bir hissəsidir.

Bu barədə Lent.az xarici mediaya istinadən məlumat verib.

Colidən boşanma ilə bağlı yeni açıqlamalar

Coli bəyanatında xatırladıb ki, onun boşanma qərarına gətirən hadisələr özü və övladları üçün çox ağır sınaq olub:

“Keçmiş ərimdən boşanmağım zərurətinə gətirən hadisələr mənim və uşaqlarım üçün emosional cəhətdən çox çətin idi,” – deyə Coli ifadəsində bildirib.

O həmçinin qeyd edib ki, boşandıqdan sonra münaqişədən qaçmağa çalışıb:

“Boşanma ərizəsi təqdim etdikdən sonra ona ailəmizə məxsus Los-Anceles və Miraval evlərinin idarəsini və orada yaşama hüququnu tam şəkildə verdim. Ümid edirdim ki, bu addım onu sakitləşdirəcək və münasibətlərimizdəki gərginliyi azaldacaq,” – deyə aktrisa izah edib.

Colinin sözlərinə görə, o və uşaqları — Məd¬doks (24), Paks (21), Zahara (20), Şaylo (19) və əkizlər Noks və Vivyen (17) — o vaxtdan bəri Fransadakı malikanəyə qayıtmayıblar:

“Miravala bir daha ayaq basmadıq, çünki bu yer bizim üçün boşanma ilə bağlı ağrılı xatirələrlə bağlıdır,” – deyə o vurğulayıb.

Yeni həyat və maliyyə çətinlikləri

Coli bildirib ki, boşandıqdan sonra faktiki olaraq həyatı sıfırdan qurmalı olub:

“Boşandıqdan dərhal sonra özüm və uşaqlar üçün yeni ev axtarmağa başladım. Əvvəl kirayədə qaldıq, eyni zamanda daha daimi məskən tapmağa çalışırdım,” – deyə aktrisa bölüşüb.

Bu arada 61 yaşlı Bred Pitt keçmiş həyat yoldaşı ilə məhkəmə çəkişməsini davam etdirir. O, Colinin “Şato Miraval”dakı payını Stoli Group şirkətinə onun razılığı olmadan satdığını iddia edərək bu satışın ləğvini tələb edir.

Aktrisa isə cavabında bildirib ki, öz mülkiyyəti üzərində tam hüquqa malik olub.

Coli məhkəmə sənədlərində maliyyə vəziyyətinin boşanmadan sonra çətin olduğunu da qeyd edib:

“Əmanətlərim Miravalda idi və mən Breddən nə aliment, nə də maddi yardım istəmişdim. Buna görə də, oradakı payımı satmaqla vəsait əldə etməyə ehtiyac duydum,” – deyə o bildirib.

Aktrisa əlavə edib ki, ailəsinin emosional vəziyyətinə görə bir müddət karyerasından imtina edib:

“Uşaqlarımızın sağlamlığı üçün çox narahat idim, buna görə də təxminən iki il ərzində işləmədim və bütün diqqətimi onlara və onların bərpasına yönəltdim,” – deyə Coli qeyd edib.

Maliyyə çətinlikləri o qədər ciddi olub ki, o, dərhal yeni ev ala bilməyib:

“Dərhal ev almağa imkanım yox idi, buna görə Bred mənə faizlə borc verməyə razı oldu,” – deyə aktrisa xatırlayıb.

“Şato Miraval” – sevgi yuvasından məhkəmə predmetinə

Coli əlavə edib ki, 2017-ci ildə Pittə öz payını satmağı düşündüyü vaxt danışıqlar çox ağrılı keçib:

“Bu danışıqlar mənim üçün çox çətin idi, çünki bu ev ailəmizin həyatı ilə sıx bağlı idi və münasibətlərimizin necə bitməsi mənə ağır təsir etmişdi,” – deyə o açıqlayıb.

O, həmin malikanəni ailəsi üçün xüsusi bir yer kimi xatırlayıb:

“Miraval bizim birlikdə etdiyimiz ilk böyük investisiyalardan biri idi və ailə həyatımızın mərkəzinə çevrilmişdi. Biz orada evləndik, mən orada hamiləliyimin bir hissəsini keçirdim, əkizlərimizi xəstəxanadan məhz oraya gətirdik. Bu evdən və xatirələrdən qəfil ayrılmaq çox çətin idi, xüsusilə də uşaqlar üçün, çünki onların həyatı dağıldı,” – deyə Coli etiraf edib.

Aktrisa sənədlərin sonunda Pittdən 33 min dollar tələb edir — bu məbləğ onun Pittin vəsatətinə cavabla bağlı məhkəmə xərclərini ödəmək üçün nəzərdə tutulub.

Keçmiş Hollivud cütlüyü artıq uzun illərdir məhkəmədə mübahisə edir. Onlar 2008-ci ildə Fransada yerləşən “Şato Miraval” üzümçülük malikanəsini birlikdə almışdılar — bir zamanlar bu, onların “sevgi yuvası” idi.

2022-ci ildə Ancelina öz payını Stoli Group-un sahibi Yuri Şeflerə 64 milyon dollara satdı, lakin Pitt iddia edir ki, aktrisa bu sövdələşməni onun razılığı olmadan həyata keçirib.

Cütlük 2014-cü ildə evlənib, lakin iki ildən sonra Coli boşanma ərizəsi verib, Pittin şəxsi təyyarədə uşaqlardan birinə qarşı zor tətbiq etdiyini iddia edərək. Bunun ardından illərlə davam edən uşaqlar üzərində qəyyumluq və əmlak bölgüsü mübahisəsi başlayıb. Yalnız 2024-cü ilin dekabrında məhkəmə onların nikahını rəsmi şəkildə bitmiş elan edib.

Coli və Pittin altı uşağı var: üç övladlığa götürülmüş — Məddoks, Paks və Zahara, həmçinin üç bioloji — Şaylo və əkizlər Vivyen və Noks.

Mediada yayılan məlumata görə, Pittin uşaqlarla münasibətləri gərgin olaraq qalır. Qızlarının hamısı tədricən atasının soyadından imtina edir: Zahara və Şaylo artıq bunu rəsmi şəkildə ediblər, Vivyen isə yetkinlik yaşına çatdıqdan sonra bunu planlaşdırır.

Son üç ildir ki, 61 yaşlı Bred Pitt 32 yaşlı İnes de Ramonla münasibətdədir. Cütlük ilk dəfə ötən il Böyük Britaniya Qran-prisinin finalında birlikdə ictimaiyyət qarşısına çıxıb və o vaxtdan bəri tez-tez tədbirlərdə birgə görünür.

Eyni zamanda, Ancelina Colinin aktyor Conni Depp ilə isti və bəlkə də romantik münasibətlər saxladığı barədə şayiələr dolaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri