Ançelotti 2026 cı il Dünya Kubokunda Braziliya üçün ən vacib oyunu açıqladı
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında komandası üçün ən vacib oyunun hansı olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, italiyalı mütəxəssisin sözlərinə görə, mundialda Braziliya yığması üçün ən önəmli qarşılaşma qrup mərhələsində Mərakeş millisinə qarşı keçiriləcək ilk matç olacaq.
"İlk oyun dünya çempionatında son dərəcə vacibdir. Hətta demək olar ki, ən vacib qarşılaşmadır. Əlbəttə, bütün matçlar əhəmiyyət daşıyır, lakin mən istərdim ki, qrup mərhələsini turnir cədvəlinin lideri kimi başa vuraq", - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Braziliya - Mərakeş görüşü iyunun 14-də ABŞ-də yerləşən "MetLife" stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 02:00-da səslənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 11 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















