Ançelotti: Atletiko ilə cavab oyunu final kimi ola bilər
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Atletiko"ya qalib gəlməkləri (2:1) haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis hələ cütün taleyinin həll olunmadığını deyib:
"Bu dueldə hələ heç nə bitməyib. "Atletiko"ya qarşı oynamaq həmişə çətin olur. Və bu gün belə çətin idisə, gələn çərşənbə günü nə olacağını təsəvvür edin. Bizim kiçik bir üstünlüyümüz var və indi növbəti mərhələyə yüksəlmək əzmindəyik.
"Atletiko" daha da sıx oynayacaq. Bu, 1/8 finaldır. Lakin bizim üçün yarımfinal və ya hətta final kimi ola bilər. “Atletiko” bizimlə qarşılaşmaqdan xoşbəxt olmadığı kimi, biz də “Atletiko” ilə yenidən görüşməyə sevinməyəcəyik".
Qeyd edək ki, "Atletiko" - "Real" cavab oyunu martın 12-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 05 Mart 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















