Ançelotti Braziliyanın DÇ 2026 ya erkən vəsiqə qazanması ilə bağlı danışdı
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandasının DÇ-2026-nın final mərhələsinə sona 2 oyun qalmış çıxmasını şərh edib.
Fanat.Az xəbər verir ki, "Globo" italiyalı mütəxəssisin fikirlərini belə çatdırıb:
"Oyuna yaxşı nəzarət edirdik. Baxmayaraq ki, bu, həmişə zərbələrlə müşaiyət olmurdu. İkinci hissədə oyun bir qədər zəiflədi, lakin ümumilikdə biz yaxşı əlaqələndirilmiş komanda oyunu nümayiş etdirdik ki, bu, ümidvericidir. Turnir əhəmiyyətinin qalmamasına baxmayaraq, son iki seçmə oyunu da bizim üçün vacibdir".
Xatırladaq ki, braziliyalılar bu gün evdə Paraqvay yığmasına 1:0 hesabı ilə qalib gələrək mundialda iştirakını təmin ediblər. "Pentakameonlar" üçün yeganə qolu birinci hissənin sonunda Vinisius Junior vurub.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 İyun 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















