Ançelotti bu gecə qovula bilər
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real" La Liqanın 32-ci turunda bu gecə "Atletik"lə qarşılaşacaq.
QOL.az "Relevo"ya istinadən xəbər verir ki, Madrid klubu Bilbao" təmsilçisi ilə matçda xal itirərsə, komandanın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilə bilər.
Kral Klubunun rəhbərliyi "Atletik"lə oyunu son şans kimi qəbul edir. Bu oyundan sonra Ançelotti qovulsa, mövsümün sonuna kimi müvəqqəti baş məşqçi təyin olunacağı bildirilib.
"Real"ın Çempionlar Liqası ilə vidalaşmasından sonra Ançelottinin qovulma ehtimalının artdığı barədə daha əvvəl də məlumatlar yayılıb. "Bayer"i çalışdıran Xabi Alonso Ançelottinin əvəzedicisi kimi nəzərdən keçirilir.
Qeyd edək ki. "Real" - "Atletik" matçı Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Baxış sayı:103
Bu xəbər 20 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















