Ançelotti cavablandırır Kriştiano Ronaldo tarixin ən yaxşı futbolçusudurmu?
"Real"in baş məşqçisi Karlo Ançelotti Madrid klubunun keçmiş hücumçusu və hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının şərəfini qoruyan Kriştiano Ronaldonun tarixin ən yaxşı futbolçusu olub-olmaması ilə bağlı sualı cavablandırıb.
İdman.biz xəbər verir ki, İspaniyanın "Sport.es" internet nəşri italiyalı mütəxəssisin bununla bağlı fikrini təqdim edib.
Ançelotti Kriştianonun onun üçün ən yaxşı olduğunu vurğulayaraq sözlərinə əlavə edib: "O öz qolları ilə "Real"ın ehtiyat oyunçular skamyasında sakit qalmağıma yardımçı olurdu".
Qeyd edək ki, Ronaldo 5 dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, 5 dəfə də “Qızıl top” mükafatının sahibi olub. “Əl-Nəsr”in heyətində son matçda dubl edən portuqaliyalı futbolçu peşəkar karyerası ərzində qollarının sayını 923-ə çatdırıb.
İdman.biz