Ançelotti fərqli nəsil oyunçularından ibarət ideal milli komandanı açıqladı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bir neçə nəslin oyunçularından ibarət bütün zamanların ideal Braziliya komandasını tərtib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
“Qapıya Didanı qoya bilərdim. Sağda Kafu, mərkəz müdafiəsində Militao və ya Tiaqo Silva, solda isə Marselo. Yarımmüdafiədə Kazemiro, Kaka... Əminəm ki, kimisə unuduram. Sağda Rodriqo, solda Vinisius, hücumda isə böyük bir seçimim var: Ronaldo, Rivaldo, Ronaldinyo... çoxdur”, - Ançelotti deyib.
Qeyd edək ki, italyan məşqçi 2025-ci ilin may ayından bəri Braziliya komandasına rəhbərlik edir və bu müddət ərzində komandaya səkkiz oyunda rəhbərlik edib, dörd qələbə qazanıb, iki heç-heçə edib və ikisində məğlub olub.
Bu mövzuda digər xəbərlər:Ançelotti yekun qərarını açıqladı
09 Mart 2025 13:45
Ançelotti yeni mövsümdə bu komandanı çalışdıracaq İddia
28 Aprel 2025 09:49
Ançelotti Alabanın son vəziyyətini açıqladı
22 Dekabr 2024 23:12
Ançelotti zədələnən Mbappenin durumunu açıqladı
11 Dekabr 2024 11:36
Ançelotti mundial üçün favoritini açıqladı
28 Mart 2026 15:49
Baxış sayı:136
Bu xəbər 16 Mart 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















