Ançelotti Real Madrid i nə vaxt tərk edəcək?
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.
Karlo Ançelotti İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçi postunu mövsümün sonunda tərk edəcək.
Teleqraf.com-un "Onda Cero" nəşrinə istinadən məlumatına görə, italiyalı mütəxəssis "kral klubu" kuboklar qazanacağı təqdirdə də fikrini dəyişməyəcək. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Ançelotti 2021-ci ildən rəhbərlik etdiyi "Real Madrid"ə 2 dəfə İspaniya çempionluğu, eləcə də Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionluğu qazandırıb.
Qeyd edək ki, əvvəllər Karlo Ançelotti İtaliyada "Recana", "Parma", "Yuventus", "Milan" və "Napoli", İngiltərədə "Çelsi" və "Everton", Fransada PSJ və Almaniyada "Bavariya"nın baş məşqçisi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















