Icma.az
close
up
RU
Ançelotti vergidən yayındığına görə şərti iş aldı

Ançelotti vergidən yayındığına görə şərti iş aldı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Bir müddət əvvəl Braziliya yığmasının baş məşqçi postuna təyin olunan Karlo Ançelotti 2014-cü ildə İspaniyada vergi fırıldaqçılığına yol verməkdə günahkar sayılıb.

"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssisə bir il şərti həbs cəzası kəsən məhkəmə onun üzərinə 386 min 362 avro cərimə qoyub, həmçinin üç il ərzində vergi güzəştlərindən və subsidiyalarından məhrum edib.
Məhkəmənin qərarı
Ançelottinin günahı bundan ibarətdi ki, 2014-cü ildə İspaniyada imic hüquqlarının satışından əldə etdiyi qazancı vergi bəyannaməsində göstərməyib, yalnız “Real”dan aldığı əməkhaqqını göstərməklə kifayətlənib. Məhkəmə bildirir ki, mütəxəssis bu yolla 1,2 milyon avrodan artıq vergi ödəməkdən yayınıb. Madrid məhkəməsi baş məşqçini birillik şərti cəzaya layiq görüb. İspaniya qanunvericiliyi cəza iki ildən az olarsa və şəxs əvvəllər məhkum olunmayıbsa, onun “dəmir barmaqlıqlar” arasına göndərilməsini nəzərdə tutmur.
Bundan başqa, Ançelotti 386 min 362 avro cərimələnib və üç il ərzində dövlətin vergi güzəştlərindən və subsidiyalarından yararlanmaq haqqını itirib. Amma onun üzərindən 2015-ci ildə vergidən yayınması ilə bağlı ittiham götürülüb.
Mütəxəssis özü günahını boynuna almır, bildirir ki, İspaniyada vergi rezidentliyi üçün zəruri olan 183 gün keçirməyib. O həm də müsahiblərini vergi orqanlarına təqdim olunan bəyannamələri səhv tərtib etməkdə suçlayır.
Madrid prokurorluğu əvvəlcə Ançelotti üçün 4 il və 9 aylıq həbs, həmçinin 3 milyon avro cərimə tələb edirdi. İttiham tərəfi iddia edir ki, baş məşqçi mürəkkəb trast sistemi və ofşor şirkətlər vasitəsi ilə imic hüquqlarının satışından əldə etdiyi qazancı gizlədib, bu isə ona İspaniyada vergi ödənişindən yayınmağa imkan verib.
İlk belə hal deyil
İspaniyadakı vergi məsələləri başqa məşhur idmançıların da başına problem açıb. Məsələn, 2016-cı ildə Lionel Messi və atası Xorxe 2007-09-cu illər aralığında 4,1 milyon avro məbləğində vergi ödənişindən yayınmaqda suçlanırdı. Ata-oğul Beliz və Uruqvayda olan ofşor şirkətlərin xidmətindən yararlanmaqla imic hüquqlarının satışından əldə olunan pulu gizlətmişdi. Nəticədə hər biri 21 aylıq həbs cəzası aldı və cərimələndi: Leo 2 milyon, atası isə 1,5 milyon avro ödəməli oldu. Onlar həbsxanaya düşmək əvəzinə vergi cinayətlərinin və faizlərin kompensasiyası kimi 5 milyon avro ödədilər.
2019-cu ildə Kriştiano Ronaldo 2011-14-cü illər aralığında vergi ödəməkdən yayındığına görə 18,8 milyon avro cərimə ödəməyə razı oldu. Portuqaliyalı ulduz imic hüquqlarının satışından qazandığı pulu gizlətmək üçün Britaniyanın Virgin adalarındakı və İrlandiyadakı ofşor şirkətlərin köməyindən yararlanmışdı.
Real həbs əvəzinə onun üçün 23 aylıq şərti cəza təyin olundu. Günahını boynuna alan Ronaldo işlərin yoluna düşməsi üçün cəriməni də ödədi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyul 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri