Andrey Demçenko: Nəticə qazanmaq üçün döyüşmək lazımdır
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Araz-Naxçıvan" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Fasilədən əvvəlki 2 oyunda məqsədimiz 6 xal toplamaq idi. Buna nail olduq. Komandamı təbrik edirəm. Birinci hissədə qol epizodlarımız oldu, oyuna nəzarət edirdik. Bu, o deməkdir ki, artıq komandada nəsə var. İkinci hissənin sonlarında isə o qədər də yaxşı təsir bağışlamadıq. Rəqib uzun toplarla oynamağa başladı və bizdə problemlər üzə çıxdı. Oyun heç-heçə ola bilərdi. Komandam müdafiədə yaxşı oynadı. Rəqibi yüz faizli imkanlardan yararlanmağa qoymadılar. Bu gün iki tam fərqli hissə gördük. Birinci hissədə daha yaxşı idik. İkinci yarının ortalarından etibarən isə rəqib üstünlüyü ələ aldı. Bəzən bu cür oyunlar oynamalısan. Nəticə qazanmaq üçün döyüşmək lazımdır.
- Qarşıda milli fasilə olacaq. Bu fasilədən necə istifadə edəcəksiz?
- Futbolçulara 3-4 gün istirahət verəcəyik. Bundan sonra isə hazırlaşmaq üçün vaxtımız olacaq. Qarşıda bizi "Sabah" və "Neftçi" ilə çətin oyunlar gözləyir. Planımızda yoxlama oyunu keçirmək də var.
- Əsas qapıçınız kimdir?
- Kim hazırdırsa, ona şans veririk.
Elçin Əlixan
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 18 Mart 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















