Andriy Maksimoviç: Azərbaycan Orta Dəhliz üzərində əvəzolunmaz qovşaqlardandır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Orta Dəhliz üzərində əvəzolunmaz qovşaqlardan biridir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə infrastruktur və enerji sahəsində regional rəhbəri Andriy Maksimoviç Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgidə deyib.
"Hesab edirəm ki, burada cəlb olunmaq üçün kifayət qədər imkanlar var. Bu da bir çox investisiyaların qoyulmasından və yumşaq koordinasiya nöqteyi-nəzərindən lazımi addımların atılmasından asılıdır. Lakin təbii ki, özəl sektor tərəfindən risklərin üzərinə götürülməsi də vacibdir", - deyə A.Maksimoviç əlavə edib.
O qeyd edib ki, Bakı Limanında özəl terminallar mövcuddur. Yükdaşıma və logistika biznesi böyük ölçüdə özəl sektorda cəmləşib: “Düşünürəm ki, imkanlar çoxdur. Dövlətin öz üzərinə düşəni edib bu əlverişli mühiti yaratması təqdirəlayiqdir. Hazırda hökumətlərin Orta Dəhlizə daha çox investisiya yatırmaqla yanaşı, ölkələr arasında addımların koordinasiyası və uzlaşdırılmasına daha çox diqqət ayırması müsbət bir dinamikadır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 08 Sentyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















