Icma.az
close
up
RU
Anemiyanın səbəbləri və onunla mübarizə

Anemiyanın səbəbləri və onunla mübarizə

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 fevral, AZƏRTAC

Qansızlıq, tibbi dildə anemiya, qanda oksigeni toxumalara daşıyan hemoqlobinin normadan aşağı düşməsi ilə xarakterizə olunan vəziyyətdir. Hemoqlobin eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin içində olan və oksigeni ağciyərlərdən bütün orqanlara aparan əsas zülaldır. Hemoqlobin azaldıqda orqanlar daha az oksigen alır, bunun nəticəsində insan özünü halsız hiss edir, tez yorulur, bəzən başgicəllənmə, göz qaralması, ürəkdöyünmə, yüngül gərginlikdə təngnəfəslik, iş qabiliyyətinin azalması, solğunluq kimi əlamətlər meydana çıxa bilər. Həmin əlamətlər bəzən yavaş-yavaş inkişaf etdiyindən insan uzun müddət “mən, sadəcə, yorğunam” deyə düşünə bilər, amma əslində səbəb qanın oksigen daşıma gücünün azalmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Vüqar Şirinov nazirliyin saytına verdiyi müsahibədə deyib.

O, dəmirin qida ilə qəbulu və “dəmir sorulması” haqqında məlumat verərək deyib: “Dəmirin qida ilə qəbulu o deməkdir ki, insan dəmir tərkibli məhsullar yeyir və dəmir mədə-bağırsaq sisteminə daxil olur. Amma bu, həmin dəmirin mütləq qana keçəcəyi və bədənin onu hemoqlobin sintezi üçün istifadə edəcəyi anlamına gəlmir. “Sorulma” isə bağırsaq divarından dəmirin qana keçməsi, yəni bioloji olaraq istifadəyə yararlı formaya çevrilməsi mərhələsidir. Həmin mərhələ bir sıra amillərdən asılıdır və bəzən normal qidalanmaya baxmayaraq, dəmirin sorulması zəif olduğu üçün yenə də dəmir çatışmazlığı halı baş verir. Dəmirin sorulmasında ilk mühüm məqam onun hansı formada qəbul edilməsidir. Heyvani mənşəli qidalarda olan “heme dəmir”, adətən, daha yaxşı sorulur. Ət, qaraciyər, bəzi dəniz məhsulları bu baxımdan daha effektiv dəmir mənbəyi sayılır. Bitki mənşəli qidalarda olan dəmir isə “non-heme” formadadır və sorulması nisbətən daha çətin olur. Bu, bitki qidalarının dəyərsiz olması demək deyil, sadəcə, dəmir baxımından sorulma mexanizmi daha həssasdır və rasion düzgün qurulmalıdır.

Bəzən orqanizmdə dəmir ehtiyatı mövcud olsa da, iltihab mexanizmləri ilə əlaqədar olaraq həmin dəmir hemoqlobin sintezi üçün əlçatan olmur. Bu zaman dəmir qəbul edilsə də, nəticə zəif ola bilər. Ona görə də dəmirin qəbulu, sorulması və istifadəsi bir-biri ilə əlaqəli üç mərhələdir və hər birində problem yarana bilər. Dəmir defisitini qiymətləndirmək üçün təkcə hemoqlobin deyil, dəmir ehtiyatlarını göstərən laborator parametrlər də əhəmiyyətlidir. Ən çox istifadə olunan göstəricilər ferritin və dəmir mübadiləsi ilə bağlı parametrlərdir. Həmin göstəricilər həkimə sorulma problemi, ehtiyatın azalması, iltihab fonunda “dəmirin bağlanması” kimi vəziyyətlər arasında fərq qoymağa kömək edir.

Həkim-hematoloq daha sonra deyib: “Xroniki xəstəliklər və uzunmüddətli iltihab prosesləri anemiyanın çox yayılmış səbəblərindəndir. Həmin vəziyyət çox vaxt “xroniki xəstəlik anemiyası” və ya “iltihab anemiyası” adlandırılır. Burada orqanizm iltihab vəziyyətində olanda müdafiə sistemi aktivləşir və bəzi biokimyəvi mexanizmlər dəyişir. İltihab zamanı “hepcidin” adlı tənzimləyici maddə artır və hepcidin dəmirin bağırsaqdan sorulmasını azaldır, eyni zamanda, dəmirin ehtiyat anbarlarından qana çıxmasını məhdudlaşdırır. Beləliklə, bədəndə dəmir ola-ola “kilidlənmiş” kimi qalır və hemoqlobin hazırlanması üçün kifayət qədər əlçatan olmur. Bu, infeksiyalara qarşı müdafiə mexanizmi kimi də izah olunur, çünki bir çox mikroorqanizmlər dəmirdən istifadə edir; orqanizm iltihab zamanı dəmiri qanda “azaldaraq” mikrobların əlçatanlığını da məhdudlaşdırmağa çalışır. Amma nəticədə pasiyent üçün anemiya yaranır. Burada həkimin klinik mənzərəni, digər analizləri və iltihab göstəricilərini birlikdə dəyərləndirməsi vacibdir. Müalicə baxımından da fərq yaranır. Xroniki xəstəlik anemiyasında təkcə dəmir qəbul etmək hər zaman istənilən nəticəni verməyə bilər, çünki problem sadəcə “dəmirin azlığı” deyil, dəmirin istifadəsinin bloklanmasıdır. Əsas hədəf iltihab yaradan xəstəliyi nəzarətə almaqdır. İltihab azaldıqca hepcidin mexanizmi normallaşa və dəmir yenidən istifadə oluna bilər. Bəzən bu anemiya ilə yanaşı eyni zamanda həqiqi dəmir defisiti də ola bilər. Xüsusilə uzunmüddətli xəstəliklərdə iştahasızlıq, qidalanmanın zəifləməsi, gizli qanitirmə kimi əlavə faktorlar qoşula bilər. Buna görə bu tip anemiyalar “bir səbəblidir” kimi deyil, çoxfaktorlu yanaşma ilə dəyərləndirilməlidir”.

Həkim-hematoloqun dediyinə görə, uşaqlarda anemiya çox vaxt incə əlamətlərlə başlayır və bəzən valideynlər bunu “uşaq zəifdir, iştahası yoxdur, böyüyəndə düzələr” kimi qiymətləndirirlər: “Halbuki uşaqlıq dövrü sürətli böyümə və inkişaf dövrü olduğundan dəmir, vitaminlər və ümumi qidalanma balansı çox əhəmiyyətlidir. Anemiya uşağın həm fiziki inkişafına, həm də zehni fəaliyyətinə təsir göstərə bilər. Uşaqlarda anemiyanın ən çox rast gəlinən əlamətlərindən biri solğunluqdur, amma solğunluq hər zaman açıq görünməyə də bilər. Tez yorulma, oynayanda tez təngnəfəs qalma, enerjisizlik, diqqətin dağılması, əsəbilik, yuxuya meylin artması kimi şikayətlər ön plana çıxa bilər. Məktəbyaşlı uşaqlarda dərsə konsentrasiyanın azalması, yaddaş və öyrənmə sürətinin zəifləməsi, performansın aşağı düşməsi kimi problemlər yarana bilər. Bəzən baş ağrısı, başgicəllənmə və ürəkdöyünmə kimi şikayətlər də olur”.

Yaşlılarda anemiya ilə əlaqədar həkim bunları bildirib: “Yaşlılarda anemiya daha diqqətli yanaşma tələb edir, çünki həm orqanizmin kompensasiya ehtiyatları azalır, həm də anemiyanın səbəbləri bəzən daha ciddi xəstəliklərlə əlaqəli ola bilir. Yaşlılarda ürək-damar sistemi və tənəffüs sistemi oksigen çatışmazlığını kompensasiya etməkdə daha çətinlik çəkir. Nəticədə anemiya fonunda təngnəfəslik, sinə sıxılması, ürəkdə yüklənmə, zəiflik, yuxululuq, gündəlik fəaliyyətin məhdudlaşması daha tez ortaya çıxa bilər. Anemiya yaşlılarda tarazlığın pozulmasına, yıxılma riskinin artmasına, əzələ gücünün azalmasına, bəzən də diqqət və yaddaş problemlərinin dərinləşməsinə təsir göstərə bilər. Bu, həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər. Yaşlılarda anemiyanın təhlükəli olmasının başqa bir tərəfi də ondan ibarətdir ki, anemiya bəzən ümumi zəifliyin əsas səbəbi kimi qiymətləndirilsə də, əslində o, daha ciddi bir xəstəliyin ilk əlaməti ola bilər. Məsələn, uzun sürən iştahasızlıq, arıqlama, gecələr tərləmə, səbəbsiz yorğunluğun artması, təkrarlanan infeksiyalar, dəridə göyərmələr kimi əlamətlər anemiya ilə yanaşı olarsa, həkim daha geniş yanaşma ilə araşdırma aparmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri