“AnewZ” telekanalı Sudanda müharibə haqqında sənədli filmi təqdim edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 iyun, AZƏRTAC
“AnewZ” telekanalı Sudanda artıq iki ildir davam edən silahlı münaqişə haqqında sənədli film hazırlayıb.
“Sudan – yaşamaq uğrunda mübarizə” (orijinal adı “Sudan: Fight for Survival”) adlı film tamaşaçıları faciəvi hadisələrin ən qaynar nöqtəsinə götürür və müharibənin episentrində olan insanların gözü ilə sərt, amansız reallığı göstərir.
AZƏRTAC xəbər verir ki, film hərbi əməliyyatların dəhşətlərini yaşayan şahidlərin gerçək hekayələrinə əsaslanır və rəşadət, itki, insan dözümlüyünün az məlum olan tərəflərini təqdim edir.
“AnewZ” Sudanın Omdurman ərazisində bu yaxınlarda azad edilmiş Salha rayonuna daxil olan ilk beynəlxalq telekanal olub. Çəkiliş qrupu amansız döyüşlərin ağır nəticələrini qeydə alıb, toplu məzarları aşkarlayıb və dağıdıcı müharibənin yerli əhaliyə faciəvi təsirini sənədləşdirib.
Filmdə münaqişəni daha da mürəkkəb edən və onun miqyasını genişləndirən xarici güclərin roluna xüsusi diqqət yetirilib. Bu material jurnalist tədqiqatı olmaqla yanaşı, həm də bütün dünyanın gözü qarşısında baş verən humanitar fəlakətin sübutudur.
Sənədli filmə “AnewZ” telekanalının (https://www.youtube.com/watch?v=W8KPWJkUD2w&t=247s) platformasında baxmaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















