Icma.az
close
up
RU
Anım Günü də həmişə böyük vətəndaşlıq borcu kimi qeyd olunacaqdır

Anım Günü də həmişə böyük vətəndaşlıq borcu kimi qeyd olunacaqdır

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. İstər dünyanın nüfuzlu dövlətləri, istərsə də beynəlxalq təşkilatlar bu müharibəyə vaxtında və ciddi münasibət bildirmədi. Bu müharibə elan edilmədən başlasa da işğalçılıq müharibəsi olduğu müəyyən səviyyələrdə etiraf edilirdi. Lakin beynəlxalq təşkilatlar Ermənistanı işğalçılığa görə, müharibəyə başladığına görə, mülki əhaliyə qarşı törətdiyi cinayətlərə görə ciddi qınamırdı. Beynəlxalq təşkilatlar işğalçı ilə işğala məruz qalmış dövlətlərin mövqelərini fərqləndirmirdi. Buna siyasətdə ikili standartlar deyirlər. Bəzi məqamlarda beynəlxalq təşkilatların işğalçıya rəğbəti də açıq hiss olunurdu. Azərbaycan sülh danışıqlarının davam etdirilməsinin tərəfdarı olsa da Ermənistan danışıqlardan yayınır. Regionda mövcud status-kvonu saxlamağa çalışırdı. Ona görə Azərbaycan Ermənistanın niyyətini özü həll edəcəkdi, həm də ordusunun gücü ilə...
Ermənistan müharibə qanunlarına əməl etmədən müharibə aparırdı. İşğal zamanı yaşayış məntəqələri dağıdılırdı, dinc əhali amansızcasına qətlə yetirilirdi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım, Meşəli, Qaradağlı kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin təsdiqi kimi tarixləşib. Xocalı faciəsi son yüz illərin ən ağır cinayətlərindəndir. Bu cinayətlərinə görə cəzasız qalmış işğalçı dövlət yeni ərazilər işğal etmək niyyəti ilə 2020-ci il sentyabr ayının 27-də Azərbaycanın ərazilərinə iri miqyaslı hücuma keçdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi; İkinci Qarabağ müharibəsi başladı. Ordu hissələrimiz düşmənin yaratdığı müdafiə sədlərini dağıdaraq mühüm mövqe qələbələri qazandı...
Ordu hissələrimiz müharibənin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərini, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərini, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəklikləri işğaldan azad etdi. Müharibənin ilk günü qazanılan qələbələr sonrakı döyüşlərdə qələbələrin başlanğıcı oldu...
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin başa çatmasında vəsilə oldu. Bu qələbə düşmənin məğlubiyyətini etiraf etdirdi. Noybrın 10-da üçtərəfli Bəyanat imzalandı, bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu.
44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun hissələri antiterror əməliyyatına başladı. Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərənca¬mına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
2016-cı ili Aprel döyüşləri, 2020-ci il iyul döyüşləri Ermənistana da, onun havadarlarına da ciddi, qətiyyətli hərbi xəbərdarlıq idi. Beynəlxalq təşkilatların yerinə yetirə bilmədiyini Azərbay¬can Ordusu yerinə yetirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qa¬zandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə də, dünya ictimaiyyətinə də nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: “Birinci Qarabağ və İkinci Qara¬bağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Xalq bu fikirləri həmişə qürurla yaşadacaq.
Anım Günü Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlarımıza ehtiram günüdür. Bu gün də müharibə tariximizin müəyyənləşdirdiyi günlərdən biridir, həmişə böyük vətəndaşlıq borcu kimi qeyd olunacaqdır...
Səbinə Xasayeva, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Sentyabr 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri