Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Anım Günü: tarixi Zəfərə gedən yol və əbədiləşən qəhrəmanlıq

Anım Günü: tarixi Zəfərə gedən yol və əbədiləşən qəhrəmanlıq

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan 27 Sentyabr - Anım Günü xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü kimi əbədi yaşayır. Bu gün biz müstəqilliyimiz, ərazi bütövlüyümüz və tarixi ədalətin bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik. Onların fədakarlığı nəticəsində Azərbaycan dövlətinin gücü, xalqımızın iradəsi və birliyi bütün dünyaya nümayiş etdirildi.

Belə ki, beş il əvvəl - 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan xalqı milli iradəsini ortaya qoydu, Ordumuz müqəddəs savaş meydanına atıldı və 44 gün davam edən Vətən müharibəsi ilə tariximizin ən böyük Qələbəsini yazdı. 27 Sentyabr - Anım Günü Azərbaycan xalqının azadlıq uğrunda sarsılmaz iradəsinin, dövlətimizin gücünün, milli birliyimizin simvoludur.
Qeyd edək ki, uzun illər Azərbaycan beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş, münaqişənin danışıqlar yolu ilə həllinə çalışmışdır. Ancaq beynəlxalq təşkilatların qərarları icra olunmamış, işğalçıya qarşı təsirli sanksiyalar tətbiq edilməmişdir. Dünya birliyinin nümayiş etdirdiyi “ikili standartlar” siyasəti, ədalətsiz yanaşma münaqişənin dərinləşməsinə səbəb olmuş, sülhsevər və tolerant Azərbaycan xalqının səbir kasasını daşırmışdır.
Ümumiyyətlə, Azərbaycan xalqı heç zaman işğalla barışmamış, hər zaman torpaqlarının azad ediləcəyinə inanmışdır. Dövlət rəhbərliyi illərlə bu mövqeyi qətiyyətlə müdafiə etmiş, xalq-ordu birliyi isə həmin həsrətin reallığa çevriləcəyinə ümidlə yaşamışdır.
27 sentyabr 2020-ci il tarixindən başlayan şanlı və möhtəşəm Zəfər yürüşünün hər bir anı, hər məqamı qəhrəmanlıq dastanıdır. Məlumdur ki, Ermənistanın uzun müddət işğalçı siyasətini davam etdirməsi, beynəlxalq birliyin isə laqeyd, qərəzli, ikili standartlara əsaslanan məsuliyyətsiz yanaşması Azərbaycan dövlətinin və xalqının səbrini tamamilə tükəndirmişdi. Təcavüzkar dövlətin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Dövlət və xalq bir amal uğrunda - Vətənin azadlığı uğrunda birləşdi. Qısa müddətdə milli həmrəylik güclü bir qüvvəyə çevrildi və hər kəsin qəlbində yalnız bir amal vardı - tarixi ədaləti bərpa etmək.
“Öldü var, döndü yoxdur!” şüarı altında döyüşən Azərbaycan əsgər və zabitləri müqayisəsiz qəhrəmanlıq nümunələri göstərdi. Əsgər və zabitlərimizin igidliyi, xalqımızın dəstəyi, Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə nəticələndi.
Qələbə yalnız hərbi cəbhədə deyil, siyasi müstəvidə də qazanıldı. Azərbaycan Ordusunun rəşadəti və diplomatik uğurlar birlikdə nəticə verdi, düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, tarixi ədalət bərpa edildi.
Azərbaycan xalqı bu Qələbəni böyük fədakarlıqla qazandı. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilən Zəfər nəsillərə örnək olacaq. Bu gün qəhrəman əsgər və zabitlərimiz xalqımızın qürur mənbəyidir. Onların şücaəti gələcək nəsillər üçün əbədi vətənpərvərlik məktəbidir.
Qürur hissi ilə vurğulayaq ki, Qələbədən ötən beş il ərzində Azərbaycan dövləti Böyük Qayıdış Proqramını həyata keçirərək işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verib. Məktəblər, xəstəxanalar, yollar, hava limanları, kəndlər və şəhərlər inşa olunmaqla Qarabağa həyat qayıdır.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad olunmuş şəhər və kəndlərə mütəmadi səfərləri Böyük Qayıdış prosesinin nə qədər sürətli və məqsədyönlü aparıldığını göstərir. Bu səfərlər həm də dövlətimizin azad olunmuş torpaqlara sahib çıxmasının, xalqın doğma yurdlarına qayıdışının real təcəssümüdür.
Beləliklə, beş il ərzində Azərbaycan dövləti Vətən müharibəsi şəhidlərinin xatirəsini uca tutmaq üçün mühüm addımlar atıb. Paytaxtda salınan Zəfər parkı, ölkənin müxtəlif bölgələrində ucaldılan memorial komplekslər və abidələr qazanılmış Qələbənin əbədiləşdirilməsinə xidmət edir.
Bu gün isə regionda imzalanmış sülh sazişi yeni bir mərhələnin - sabitliyin, əməkdaşlığın və inkişafın başlanğıcını qoyur. Azərbaycan tarixi Qələbəsini möhkəmləndirərək bölgəyə dayanıqlı sülhü gətirib.
Nəticə etibarı ilə, 27 Sentyabr - Anım Günü yalnız kədər və hüzn günü deyil, həm də milli qürur, birliyin və iradənin təntənəsi günüdür. Biz şəhidlərimizi dərin ehtiramla anır, qazilərimizin fədakarlığına baş əyir, xalqımızın əzmini və dövlətimizin gücünü bir daha qürurla xatırlayırıq.
Bu gün Azərbaycan xalqı Anım Gününü öz suverenliyini təmin etmiş bir ölkə olaraq qeyd edir. Əminik ki, bu Qələbə və Böyük Qayıdış prosesi dövlətimizin qüdrətini daha da artıracaq, müstəqilliyimiz və ərazi bütövlüyümüz daim uca tutulacaqdır.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri