Icma.az
close
up
RU
Anje Mutsinzi: Üçüncü və dördüncü pillə bizim hədəfimizdir

Anje Mutsinzi: Üçüncü və dördüncü pillə bizim hədəfimizdir

Icma.az bildirir, Fanat portalına istinadən.

"Zirə" Misli Premyer Liqasının birinci turunda "Şəfa ilə qarşılaşıb. "Qartallar" 2:0 hesabı ilə qalib gəlib.

Oyundan sonra Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi söhbətdə qəsəbə təmsilçisinin müdafiəçisi Anje Mutsinzi jurnalistlərin suallarını cavablandırıb:

- Görüş barədə nə deyə bilərsən?

- Yaxşı oyun keçirtdik. Oyun ərzində rəqibə pressinq etməyə çalışırdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Üç xal qazandığımıza görə məmnunam.

- Bu, "Şəfa"nın ilk oyunu idi, "Zirə" isə buna qədər 4 rəsmi matça çıxmışdı. 

- Bəli, bu bizə müəyyən qədər mənfi təsir edə bilərdi. Çünki qeyd etdiyiniz kimi, bir neçə oyun oynamışdıq və çox güman, bizi iş başında görmüşdülər. Qarşı tərəf isə Premyer Liqaya yeni vəsiqə qazandıqlarına görə, oyunları barədə elə də məlumatlı deyildik. Ancaq ilk 15 dəqiqədə "Şəfa"nın bizə qarşı hansı oyun planı hazırladığını anladıq. Önə keçdikdən sonra bizə pressinq tətbiq etməyə çalışırdılar, amma vurulan daha bir qolun ardından layiqli qələbə qazandıq. Önümüzdəki oyunlara baxacayıq.

- Komanda "Payde" şokundan necə ayıldı? Bu, sizin üçün psixoloji zərbə idi? Rəqibin "Rapid"ə qarşı oyunlarını izlədiniz? "Zirə" Estoniya təmsilçisindən daha fərqli oyun nümayiş etdirə bilərdi?

- Bu suala cavab vermək çətindir. Həqiqətən də, bizim tur adlaya bilməməyimiz gözlənilməz oldu. Amma "Rapid"lə necə oynayardıq, bu barədə heç nə deyə bilmərəm.

- Mövsüm ərzində hədəfləriniz nələrdir?

- Məqsədimiz dəyişməyib. Ötən "futbol ili"ndə də olduğu kimi, hər oyuna üç xal üçün çıxacayıq və təbii ki, çempionatı çalışdığımız qədər yuxarıda bitirmək istəyirik. Ən azı üçüncü və dördüncü pillə bizim hədəfimizdir.

- Bundan sonra "İmişli" ilə qarşılaşacaqsınız. Ötən mövsüm onlarla hər üç görüşdə heç-heçə qeydə alınıb.

- Az öncə dediyim kimi, hər matça üç xal gözü ilə baxırıq və məncə, asan olmayacaq. Hər görüşü final oyunu kimi görməliyik.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://fanat.az
archiveBu xəbər 17 Avqust 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri