Ankara Afinaya xəbərdarlıq göndərdi: Bu mənim ərazimdir
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Yunanıstanın Şərqi Aralıq dənizində dörd ölkənin iştirakı ilə keçirdiyi “Eunomia” hərbi təlimi ilə bağlı NAVTEX elanına cavab verib.
Turkustan.az xəbər verir ki, Ankara təlimin keçirilməsi nəzərdə tutulan və sualtı kabel layihəsinin marşrutu ilə üst-üstə düşən ərazinin Türkiyənin yurisdiksiyasında olduğunu bildirib.
Türkiyə ilə Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizi ilə bağlı fikir ayrılıqları bölgədə yeni NAVTEX qarşıdurmasına səbəb olub.
Ankara oktyabrın 22-dək davam edəcək “Eunomia” təlimi ilə bağlı Afinanın NAVTEX elanına əks-elanla cavab verib. 2020-ci ildən etibarən keçirilən təlim Fransa, İtaliya və Cənubi Kiprin iştirakı ilə təşkil olunur.
Yunanıstan Türkiyənin kontinental şelfindən keçərək Cənubi Kipr vasitəsilə İsrailə qədər uzanması planlaşdırılan GSI (Qlobal Sualtı Elektrik Kabeli) layihəsi üzrə hazırlıqlarını davam etdirir. Afina layihənin marşrutu ilə üst-üstə düşən ərazidə çoxmillətli hərbi təlim keçirməyi planlaşdırır.
Yunanıstan mediasının məlumatına görə, oktyabrın 19-da Şərqi Aralıq dənizində keçirilməsi nəzərdə tutulan təlimdə Yunanıstan, Cənubi Kipr, Fransa və İtaliyanın iştirakı gözlənilir. Nəşrlər təlimin vaxtı və marşrutunun əhəmiyyətinə diqqət çəkərək, onun Türkiyəyə mesaj vermək məqsədi daşıdığını iddia ediblər.
Aytən Yaşar/Turkustan.az
Baxış sayı:113
Bu xəbər 17 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















