Icma.az
close
up
RU
Ankara bölgədə barış və sabitlik tərəfdarıdır

Ankara bölgədə barış və sabitlik tərəfdarıdır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qonşuluq və qardaşlıq münasibətlərinə kölgə salınmamalıdır

“Türkiyə artıq əvvəlki Türkiyə deyil. Hər kəs öz hesablamalarını buna uyğun aparmalıdır”. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “X” sosial şəbəkəsindəki hesabında bölüşüb. Ümumən, mənzərə aydındır. Yəni Ərdoğanın dediklərinin başlıca hədəfinin İran olduğu heç kəsə sirr deyil. Bəli, İran Türkiyəyə doğru ikinci raket həmləsini edib.

Bəri başdan bildirək ki, ikinci raketin aqibəti də birinci kimi olub. Hava hücumundan müdafiə sistemləri onu zərərsizləşdirib. Amma insident, istər-istəməz, sual yaradır: Görəsən, İranın ali rəhbərliyində təmsil olunanlar ölkənin düşdüyü atəşin qonşulara yayılmasında hansı məqsədi güdürlər? Axı Prezident Ərdoğanın fikirləri düşünməyə vadar edir. Nəzərə alaq ki, Türkiyənin dövlət başçısının vurğuladığı başqa məqamlar da var və onların üzərində dayanacağıq.

Qardaş ölkə liderinin açıqlamasının birinci tərəfinə diqqət yetirərək deyək ki, Türkiyə NATO ölkəsi olmasına baxmayaraq, strateji mövqe və yanaşma baxımından xeyli dərəcədə müstəqil qərarvermə strukturuna malikdir. Yəni, Ankara alyansa yox, alyans Ankaraya ehtiyac duyur. Vəziyyət başqa cür də ola bilərdi. Hesab edirik ki, İran dairələri, ilk növbədə, mövcud məqamı düşünməli və Ankaranın tutduğu sabitləşdirici xətti düzgün qiymətləndirməlidirlər.

İkincisi, Türkiyə özlüyündə müstəqil xarici siyasət yanaşmasına malikdir və İran böhranına münasibətdə bu siyasətin ayrı-ayrı elementləri görünməkdədir. Məsələn, Ankara böhrana təmkinlə yanaşır, ən əsası, barışdıcı missiyanı yerinə yetirir və hazırda mövcud istiqamətdə nəyəsə nail ola bilmirsə, bu, böyük ölçüdə ondan asılı deyil.

Digər tərəfdən, Türkiyə müharibənin sonlandırılması naminə gerçək addımlar ata bilmirsə, bu, o demək deyil ki, gələcəkdə də belə olacaq. Çünki Prezident Ərdoğan qətiyyətli şəkildə bildirib: “Türkiyə İran böhranı məsələsində ədalətin, dürüstlüyün, beynəlxalq hüququn, sülhün və sabitliyin tərəfindədir. Biz münaqişələrin dialoq yolu ilə həllini dəstəkləyirik”. Yəni yaxşı olar ki, Tehran özünü sığortalamaq üçün Ankara amilini daim nəzərə alsın, ona münasibətdə ehtiyatlı və həssas davransın. Necə deyərlər, bu günün sabahı var. İran tərəfi Ərdoğanın Türkiyə ərazisinə raket zərbələrini pisləyən və onları təxribat xarakterli, həmçinin iki ölkə arasındakı münasibətlərə təhlükə yaradan addımlar adlandırmasından nəticə çıxarmalıdır.

Onu da bildirək ki, Prezident Ərdoğan ölkə hökumətinin öz sədrliyi ilə keçirilmiş iclasında “bizim səmimi xəbərdarlıqlarımıza baxmayaraq, Türkiyənin digər tərəflərlə dostluğunu təhlükə altına qoyan son dərəcə yanlış və təxribat xarakterli addımlar davam edir” şəklində bəyanat səsləndirib. Hesab edirik ki, qardaş ölkə liderinin “Türkiyənin digər tərəflərlə dostluğunu təhlükə altına qoyan” ifadəsi üzərində dayanmağa ehtiyac var.

Hər halda, İranın hansısa uzaqmənzilli raketi Türkiyə üzərindən uçub hədəfə çatacaqsa, bu, adi məsələ sayıla bilməz. Axı nəinki hədəf, bütövlükdə hədəflər məlumdur. Əlbəttə, İsraili nəzərdə tutmuruq. Söhbət Birləşmiş Ərəb Əmirliklərindən, Qətər, Küveyt və digər bu kimi ölkələrdən gedir. O ölkələr ki, Ankara ilə sıx təmaslara malikdirlər və onlara Türkiyənin hava məkanından istifadə ilə hücum gerçəkləşirsə, ortaya düşündürücü məqamlar və şübhələr çıxır. Tehran bu durumu da nəzərə almalı, Ankaranı şübhəli duruma salacaq hərəkətlərdən çəkinməlidir.

ABŞ-ın dövlət katibi Marko Rubionun açıqlaması da ciddi təhlil edilməlidir. Rubio bildirib ki, Birləşmiş Ştatlar İranın qonşularını və dünyanı raketlərlə təhdid qabiliyyətini məhv etmək yolunda qətiyyətlə irəliləyir. Burada “İranın qonşularını və dünyanı” ifadəsi üzərində dayanmağa ehtiyac var. Aydın görünür ki, Tehranın yol verdiyi naşı hərəkətin mahiyyətində yayındırmaq potensialı var. Fikrimizi izah edək. Nəzərə alaq ki, İran hazırda beynəlxalq ictimaiyyətin ciddi antipatiya mənbəyidir. Tehranın qonşuları hədəfə götürməsi bu antipatiya durumuna yeni çalarlar qazandırır. Deməli, Türkiyənin hədəfə götürülməsi, yaxud ölkəni hava məkanından istifadə ilə hansısa hədəflərə zərbə endirilməsi həmin çalarları daha da tündləşdirə bilər.

Bu isə bölgəyə yaxşı heç nə vəd etmir. Ona görə Prezident Ərdoğan, bir növ, qəflət yuxusundan ayılma mesajı səsləndirir: “Minillik qonşuluq və qardaşlıq münasibətlərimizi kölgə altına sala biləcək, xalqımızın qəlbində və düşüncəsində dərin yaralar aça biləcək addımlar heç kim tərəfindən atılmamalıdır. Türkiyənin mövqeyi aydındır: biz alovun yayılmasını dayandırmaq və daha çox qan tökülməsinin qarşısını almaq üçün fövqəladə səylər göstəririk”.

R.T.Ərdoğan İrana münasibətdə onu da bildirib ki, “səhvdə israr etmək və ya təkəbbürlü şəkildə yanlış mövqedə qalmaq yolverilməzdir”. Deməli, Türkiyə liderinin dilə gətirdiyi fikirlərdən gəlinən qənaət Tehranın hərəkətlərinə, eyni zamanda, daha fərqli rakusdan yanaşmağı tələb edir. Yəni məsələnin birinci tərəfi Türkiyənin hava məkanından istifadə ilə digər dövlətlərin hədəfə gətirilməsinin yolverilməzliyidirsə, digər yandan hədəfə gələnlərin Ankara ilə sıx münasibətlərdə olmaları amili var. Yəqin buna görədir ki, Ərdoğan belə bir açıqlama da verib: “İranın qardaş ölkələrimizi hədəf alan hücumlarını dəstəkləmədiyimizi və bunun nəticə verməyəcəyini açıq şəkildə bildirdik”.

Qeyd edək ki, Türkiyə liderinin açıqlamasının iqtisadi aspekti də var ki, ölkə rəsmiləri, o cümlədən xarici işlər naziri Hakan Fidan bir neçə dəfə bu məsələyə diqqət yetirib. Şübhəsiz, mövcud anlamda Ərdoğanın fikirləri daha ağır çəkiyə malikdir. O bildirib ki, İranla bağlı münaqişə nə qədər uzanarsa, bölgədə vəziyyət bir o qədər pisləşəcək: “Regionda gərginlik gedərək artır. Bu günə qədər ancaq İranda uşaqlar da daxil olmaqla, təxminən 1500 insan həyatını itirib. Qarşılıqlı zərbələr böhranın iqtisadi yükünü artırır. Yeni “macəraların” bədəlini bütün regionumuz, hətta Avropa və Asiya daxil olmaqla, bütün dünya ödəyəcək”. “Gərginliyi azaltmaq üçün diplomatiyaya üstünlük verməliyik. Gələcəyimizi təhdid edən hər bir problemə “şərəfli həll yolu” tapıla biləcəyinə inanırıq. Müharibə daha da yayılmadan mümkün qədər tez bitməlidir. Biz bölgədə sülh və rifah atmosferini yenidən yaratmaq əzmindəyik. Əlbəttə ki, bu yolda hər kəsin, xüsusən də bölgə ölkələrinin konstruktiv rolu vacibdir”, - deyə Ərdoğan vurğulayıb.

Sonda onu da bildirək ki, Türkiyə üzərində İrana məxsus ilk ballistik raket vurulsa da, Ankaranın kifayət qədər səbirli davrandığı diqqətdən yayınmır. Bu səbir özlüyündə örnək mahiyyət daşıyır. Elə bir mahiyyət ki, həm də prinsipiallığı qoruyur. Axı Ərdoğan onu da deyib ki, Ankara qardaş ölkələrlə, xüsusən Azərbaycanla həmrəydir, bölgədə sülh və sabitliyi pozacaq hər hansı ssenariyə qarşıdır. Ən başlıcası: “Heç kim səhv hesablar etməsin. Qardaşı qardaşa qarşı qoyacaq tələyə düşməməliyik”.

Deməli, mövcud böhranın fonunda Türkiyənin siyasi-diplomatik fəaliyyəti kifayət qədər çoxşaxəlidir və bu yanaşma Ankaranın qlobal aktor obrazını canlandırır. Söhbət müharibəyə son qoyacaq, onun daha geniş areala yayılmasına imkan verməyəcək, həm də İran üçün heç də yaxşı sonluq vəd etməyən ssenarinin qarşısını alacaq siyasi balansdan gedir.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri