Icma.az
close
up
RU
Ankara Liviya yaxınlaşması: Təl Əviv narahatdır

Ankara Liviya yaxınlaşması: Təl Əviv narahatdır

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

İsrailin nüfuzlu “Maariv” qəzeti Türkiyənin Liviyanın şərqindəki Xəlifə Haftar administrasiyası ilə diplomatik əlaqələr qurmaq və Benqazidə konsulluq açmaq qərarını geniş təhlil edib.

Turkustan.az xəbər verir ki, qəzet bu addımı Türkiyənin Şərqi Aralıq dənizində söz sahibi olmaq və Yunanıstan-Kipr dəniz dəhlizini kəsmək strategiyasının bir hissəsi kimi qiymətləndirib.

Maariv analizində, Suriyada Əsəd rejiminin zəifləməsini də dramatik dönüş nöqtəsi kimi qeyd edib və bu zəifləmədə Türkiyənin dəstəklədiyi müxalifətin roluna diqqət çəkib.

Təhlildə bildirilir ki, Liviyada son 20 ildə vətəndaş müharibəsi hökm sürür. 2014–2020-ci illərdə Xəlifə Haftar həm ABŞ, həm də Rusiya tərəfindən dəstəklənib, Türkiyə isə Tripolidəki beynəlxalq tanınan hökuməti müdafiə edərək döyüş meydanında üstünlük əldə edib.

Maariv vurğulayıb ki, Türkiyənin hərbi müdaxiləsi Tripoli administrasiyasının dağılmasının qarşısını alıb, bəzi çevrələr isə bu vəziyyəti "Türkiyə himayədarlığı" kimi xarakterizə edib.

Qəzetin məlumatına görə, Türkiyənin Haftarla əlaqə qurmaq istəyi, 2019-cu ildə Liviyanın qərbindəki hökumətlə imzalanmış dəniz yurisdiksiyası müqaviləsinin legitimliyini Şərqi Liviya hakimiyyəti tərəfindən də qəbul etdirmək məqsədi daşıyır. Bu müqavilənin Yunanıstan və Kiprin dəniz sərhədlərinə zərbə vurduğu, beləliklə, bölgədə güc balansını dəyişdirdiyi iddia olunur.

Təl-Əviv Universitetinin Dayan Strateji Araşdırmalar Mərkəzindən Türkiyə üzrə ekspert Dr. Hay Eytan Koen Yanarocak, bu diplomatik addımı “qeyrətin bərpası” adlandırıb. Onun sözlərinə görə, Türklər 1912–1919-cu illərə qədər Liviyada mövcud olub, və bu, tarixi kontekstdə yenidən bölgəyə dönüş kimi də qiymətləndirilə bilər.

Yanarocak əlavə edib ki, dəniz yurisdiksiyası razılaşması yalnız Qərbi Liviya ilə imzalansa da, BMT tərəfindən bütün Liviya üçün hüquqi qüvvəyə malikdir. Türkiyənin Benqazi qərarı isə bu razılaşmanı daha da möhkəmləndirə və bölgədəki enerji marşrutlarını ölkənin nəzarətinə keçirə bilər.

Ekspert sonda qeyd edib ki, bu strategiya Türkiyənin Aralıq dənizində regional güc kimi mövqeyini möhkəmləndirmək və iqtisadi cəhətdən əlavə üstünlüklər qazanmaq planının bir hissəsidir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Avqust 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri