Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Liviya Baş Qərargahının nümayəndə heyətini daşıyan, Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutuları” Türkiyədə yoxlanılacaq. Lakin daha ətraflı təhlil üçün neytral ölkəyə göndəriləcək.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu “X” səhifəsində yazıb.
O bildirib ki, istintaq başa çatdıqdan sonra hadisənin bütün təfərrüatı tam şəffaflıqla açıqlanacaq.
Uraloğlu qəza ilə bağlı bəzi detallara da aydınlıq gətirib. O qeyd edib ki, təyyarə təxminən 32 000 fut (9,75 km) hündürlükdə olarkən hava hərəkəti dispetçerlərinə həyəcan siqnalı ötürüb. Bu siqnal kritik vəziyyəti göstərir. Pilot elektrik nasazlığı barədə məlumat verib və Ankaraya geri dönüş üçün marşrut istəyib.
Növbəti bir neçə dəqiqə ərzində hava hərəkəti dispetçerləri pilota Esenboğa hava limanına təcili eniş etmək üçün bütün lazımi məlumatları ötürüblər və hava limanı bu məqsədlə bütün digər təyyarələrin uçuş və enişini müvəqqəti olaraq dayandırıb.
“Yerli vaxtla saat 20:33-də pilot ən vacib təcili yardım kodu olan 7700 kodunu aktivləşdirib. Saat 20:38-də təyyarə radarlardan itib”, – deyə Uraoğlu yazıb. Növbəti beş dəqiqə ərzində dispetçerlər müxtəlif tezliklərdə təyyarə ilə əlaqə saxlamağa çalışıblar. Lakin bu bir nəticə verməyib və dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlamaq üçün müvafiq xidmətlərə məlumat verilib.
Nazir qeyd edib ki, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Xəbərdarlıq Mərkəzi təyyarənin qəzaya uğraması barədə məlumat verib və qəza yerinin Ankaranın kənarında, Haymana rayonunun Kesikkavak kəndi yaxınlığında olduğunu təsdiqləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 24 Dekabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















