Icma.az
close
up
RU
Ankarada beynəlxalq qurultay çərçivəsində “Qarabağ gecəsi” təşkil ediləcək AZƏRTAC

Ankarada beynəlxalq qurultay çərçivəsində “Qarabağ gecəsi” təşkil ediləcək AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 28-dən dekabrın 3-dək Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türk dövlətlərinin mediatorlarının 1-ci qurultayı keçiriləcək. Beynəlxalq qurultay çərçivəsində “Qarabağ gecəsi” təşkil ediləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.

N.Adilov bildirib ki, qurultayda 16 ölkədən 500 mediatorun iştirakı gözlənilir. Tədbirdə Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü olan 85 peşəkar mediatorla təmsil olunacaq: “Biz qurultayda ən böyük tərkiblə təmsil olunan ölkəyik. Qurultay çərçivəsində noyabrın 28-i bütünlüklə Azərbaycana və onun nümayəndə heyətinə həsr olunacaq. Belə ki, həmin gün Azərbaycanı təmsil edən mediatorlar Ümummilli Lider Heydər Əliyevin Ankarada yerləşən abidəsini ziyarət edərək xatirəsini yad edəcəklər. Daha sonra isə azərbaycanlı mediatorlar Ankara Medipol Universiteti və Yıldırım Bəyazid Universiteti tərəfindən təşkil olunmuş seminarlara qatılaraq müvafiq sertifikatlar əldə edəcəklər”.

Onun sözlərinə görə, noyabrın 28-də axşam saatlarında isə Azərbaycanı təmsil edən mediatorların da dəstəyi ilə Ankarada “Qarabağ gecəsi” təşkil ediləcək: “Bu gecədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın ruhu yad ediləcək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımız barədə videomateriallar nümayişlər göstəriləcək. “Qarabağ gecəsi”ndə milli musiqilər mediatorlar tərəfindən ifa ediləcək, həmçinin Azərbaycanı təmsil edən musiqiçilər də bu gecəyə əlavə dəyər qatacaqlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see147

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see140

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see121

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri