Ankarada İraq Türkiyə neft kəməri ilə bağlı birillik müqavilə imzalanıb
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İraqın neft naziri Basim Məhəmməd Hudayr ilə görüşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdən sonra İraq-Türkiyə neft kəmərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə yeni birillik müqavilə imzalanıb.
Sənədi Türkiyənin BOTAŞ və İraqın SOMO və NOC şirkətlərinin nümayəndələri imzalayıblar.
Bayraktar bildirib ki, təxminən yarım əsrdir iki ölkə arasında strateji enerji dəhlizini təşkil edən İraq-Türkiyə neft kəməri ilə bağlı yeni uzunmüddətli müqavilə üzərində iş davam edir. O əlavə edib: “Dialoq prosesinin bir hissəsi olaraq, gündə 750.000 barel neft nəql etməyi hədəfləyən “keçid razılaşması” əldə edilib. İraq-Türkiyə boru kəməri İraq neftinin Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarlarına təhlükəsiz və fasiləsiz çatdırılmasının təmin edilməsində mühüm rol oynayır”.
Nazir qeyd edib ki, dünya neft bazarlarında hazırkı tendensiyalar İraq-Türkiyə boru kəmərinin regional və qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini artırıb.
“Bazar ertəsindən etibarən ikitərəfli münasibətlərimizdə yeni bir fəsil açırıq. Ticarət həcmini ildə 17 milyard dollardan daha yüksək səviyyəyə qaldırmaq əzmindəyik”, - deyə Türkiyənin enerji naziri əmin edib.
Qeyd etmək lazımdır ki, Türkiyənin "Türkiye Petrolleri" şirkəti bu yaxınlarda Britaniyanın bp şirkətinin İraqın Kərkük şəhərindəki bir neçə neft yatağının işlənməsində 15 faizlik payını əldə etmək üçün müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Avqust 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















