Icma.az
close
up
RU
Ankarada kukla və kölgə teatrları

Ankarada kukla və kölgə teatrları

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qardaş Türkiyənin paytaxtında Hadi Poyrazoğlu adına IV Beynəlxalq Kukla və Karagöz (kölgə teatrı) Teatrları Festivalı keçirilir.

Teatr bayramına Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan teatr kollektivləri ilə yanaşı, Azərbaycan Dövlət Kukla Teatrı da qatılıb. Kollektivin “Cırtdanın Türkiyədə macəraları” adlı tamaşa-konserti aprelin 25-də paytaxtdakı “CerModern” mərkəzində nümayiş olunacaq. Buna qədər isə sənətçilərimizin Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) oranın rəhbəri, professor Aygün Attarla görüşü olub.

Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə çıxışında Aygün xanımın çoxşaxəli fəaliyyətində maddi-mənəvi dəyərlərin təbliğinin daim ön planda olduğuna diqqət çəkib. Onun iki qardaş ölkə arasında böyük mənəvi körpü olduğunu söyləyib.

Görüşdən məmnunluğunu bildirən Aygün Attar milli mədəniyyətimiz, onun əsas qollarından olan teatrımızın təşəkkülü üçün ölkə sərhədlərindən kənarlarda daha geniş müstəvidə təbliğini vacib sayıb. Bu mənada, festival və sənət mübadiləsi xarakterli bu kimi tədbirlərin intensivliyinə diqqət çəkib, festivalın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, festivalda təqdim olunacaq “Cırtdanın Türkiyədə macəraları” səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Saida Haqverdiyeva, tərtibatçı rəssamı isə İqbal Əliyevdir. Obrazları tamaşada aparıcı kuklaçı aktyorlar – Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Abbasquliyev, Rəhim Rəhimov və Cavid Telman canlandırırlar.

Festivalın proqramına əsasən, tamaşalar Ankarada (aprelin 25-dək), İstanbulda (26 aprel), daha sonra isə Azərbaycanda (28–30 aprel) və Özbəkistanda (2–5 may) təqdim ediləcək. Sonuncu mərhələ 9–12 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində reallaşacaq.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri