Ankarada NATO sammiti üçün TOGG elektromobilinin limuzin modeli hazırlanıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ankara, 6 iyul, AZƏRTAC
Türkiyənin TOGG elektromobilinin istehsalçıları limuzinin yeni versiyasını hazırlayıblar. Bu model Ankarada keçiriləcək NATO dövlət və hökumət başçılarının 36-cı sammiti Təşkilat Komitəsinin avtomobil parkına daxil edilib.
AZƏRTAC xəbər verir ki, xarici nümayəndə heyətlərinin üzvlərini daşıyacaq 10 TOGG limuzini istehsal edilib.
Türkiyə istehsalı olan limuzinlər NATO sammitinin əsas tədbirlərindən biri olan Müdafiə Sənayesi Forumunun keçiriləcəyi ATO Konqresinin qarşısında park edilib.
Bu arada, ABŞ Prezidenti Donald Trampın kortejində olan nəqliyyat vasitələri, o cümlədən “Kadillak” markalı zirehli “The Beast” limuzini Ankaraya gətirilib. Bu, Ağ Ev rəhbərinin hərəkət etdiyi və ABŞ kəşfiyyat xidmətinin sifarişi ilə hazırlanmış avtomobildir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 06 İyul 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















