Icma.az
close
up
RU
Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub Yeni Gündəm

Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub Yeni Gündəm

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 28-də Ankarada Türkiyə Milli Kitabxanasının binasında “Şirvanşahların minilliyi” (Şirvanşahlar`ın Bininci Yılı) kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyində Azərbaycan Mədəniyyət Mərkəzinin səyləri ilə təşkil olunan tədbirdə iki qardaş ölkənin diplomatları, alimləri, ekspertləri, beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Türkiyə Milli Kitabxanasının baş direktorunun müavini Mehmet Demir Şirvanşahlar dövlətini Türk dünyasının mədəni-tarixi irsinin mühüm tərkib hissəsi adlandırıb. O, Türkiyə Milli Kitabxanasının iki qardaş ölkənin yaxınlaşmasına, onlar haqqında reallıqların təbliğinə verdiyi töhfədən məmnunluğunu ifadə edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Şirvanşahlar dövlətinin minillik tarixinin zənginliyinə diqqət yönəldib. Onun sözlərinə görə, Şirvanşahlar dövləti regionun tarixində dərin iz qoyub, Azərbaycan xalqının mədəniyyətinin və adət-ənənələrinin inkişafına töhfə verib. Şirvanşahlar dövründə görkəmli mütəfəkkirlər, şairlər, dövlət xadimləri yaşayıb-yaratmışlar. Onların xatirəsi bu gün də yaşamaqdadır.

Diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın, o cümlədən Şirvanşahlar dövləti dövrünə aid mədəni-tarixi irs obyektlərinin qorunması və bərpasına verdiyi töhfəni vurğulayıb.

Diplomatik missiyanın rəhbəri “PAŞA Həyat Sığorta” şirkətinin rəhbərliyinə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı türk dilində kitabların nəşri ilə bağlı təşəbbüslərini dəstəklədiklərinə görə təşəkkür edib və “İRS” jurnalının baş redaktoru Musa Mərcanlının Şirvanşahlar dövləti haqqında yeni kitabın hazırlanmasına verdiyi töhfəni yüksək qiymətləndirib.

R.Məmmədovun sözlərinə görə, Azərbaycan irsinin təbliğinə yönəlmiş nəşrlər turizm sektorunun inkişafı üçün də təkandır.

Daha sonra çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycan irsinin təbliği istiqamətində səyləri öz borcu adlandırıb. “Biz ölkəmizin zəngin tarixinin unudulmasına imkan verməməliyik”, – deyə o qeyd edib ki, “PAŞA Həyat Sığorta” təkcə Azərbaycanın sığorta bazarının liderlərindən deyil, həm də Azərbaycan mədəniyyətinin və irsinin təbliğinə yönəldilən çox sayda proqram və layihələrin sponsorudur.

“Biz Azərbaycanın dünyada, o cümlədən Türkiyədə tanıdılmasına yönəlmiş proqram və layihələri dəstəkləməyə davam edəcəyik”, – deyə İdarə Heyətinin sədri əmin edib.

Sütçu İmam Universitetinin (Kahramanmaraş) professoru Toğrul İsmayıl minillik Şirvanşahlar dövlətinin inkişaf mərhələləri haqqında məlumat verib. O qeyd edib ki, minillik Şirvanşahlar dövlətini dünyada ilk müsəlman türk dövləti adlandırmaq olar. “Şirvanşahlar dövləti türk xalqlarının ortaq irsinin mühüm daşıyıcılarından biridir”, – deyən İsmayıl Azərbaycan tarixinin belə əlamətdar dövründən bəhs edən kitabın təqdimatından məmnunluğunu ifadə edib.

“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı AZƏRTAC -ın müxbiri ilə söhbətində Azərbaycanla bağlı növbəti kitabın türk dilində nəşrini iki xalqın bir-birinə yaxınlaşması və qardaş ölkə ictimaiyyətinin Azərbaycan xalqının irsi haqqında məlumatlandırılması istiqamətində mühüm mərhələ adlandırıb. “Ölkələrimizin mədəniyyətinin və tarixinin gənclər arasında təbliğini xüsusilə vacib hesab edirəm”, – deyə o vurğulayıb.

M.Mərcanlı qeyd edib ki, “Şirvanşahların minilliyi” kitabı “PAŞA Həyat Sığorta”nın dəstəyi ilə nəşr olunan türk dilində kitablar silsiləsindən dördüncüdür. Bu, 30-dan çox kitabdan ibarət İRS seriyasının davamıdır.

Onun sözlərinə görə, hazırda Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı yeni nəşrlər hazırlanır. “İRS jurnalı türk xalqlarının ortaq irsinin təbliğinə yönəlmiş layihə həyata keçirməyi planlaşdırır”, – deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 02 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri