Ankarada təhlükəsizlik qüvvələrinə hücum edən 12 nəfər saxlanıldı
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Ankaranın Keçiören rayonundakı qurbanlıq heyvan bazarında yoxlama zamanı təhlükəsizlik qüvvələrinə zopa ilə hücum edən 12 şübhəlinin saxlanıldığını açıqlayıb. Hadisə nəticəsində 5 polis əməkdaşının yüngül xəsarət aldığı bildirilib.
Redaktor.az xəbər verir ki, nazir Yerlikaya sosial media hesabında verdiyi açıqlamada, Bağlum Qurbanlıq Bazarında baş verən insidentdə iştirak edən şəxslərin R.A., R.B., M.C.B., M.G., F.A., E.B., H.O., S.A., H.Y., S.S. və Ö.K. olduğunu qeyd edib.
"Bu şəhər quldurları saxlanılıb. Hücum zamanı 5 polisimiz yüngül yaralanıb. Şəhər quldurlarına qarşı mübarizəmiz davam edəcək", – deyə Yerlikaya bildirib.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 May 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















