Ankarada yanğın: Çox sayda ölü və zəhərlənən var
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
Ankaranın Çankaya səmtində gecə saatlarında 5 mərtəbəli binada yanğın baş verib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın baş verən mənzildə olan 3 nəfər xəsarət alıb, tüstüdən zərər çəkən 6 nəfər isə zəhərlənib.
Yanğın gecə yarısı səmtin Tunalı Hilmi küçəsində yerləşən 5 mərtəbəli 105 saylı binanın 4-cü mərtəbəsində baş verib. Alovu görənlər yanğın barədə səlahiyyətli orqanlara xəbər veriblər. Ünvana gələn yanğınsöndürənlər yanğını böyümədən nəzarət altına alaraq söndürüblər.
İlkin məlumata görə, yanğına elektrik cərəyanı səbəb olub.
Bununla belə, yanğın nəticəsində binada partlayışın baş verdiyi də iddia edilib.
Yanğınla bağlı polis qrupları təhlükəsizlik məqsədi ilə küçəni bağlayıb.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Yanvar 2025 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















