Ankarada yük maşını piyada keçidinə çırpıldı Anbaan görüntülər
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankarada platforması açıq vəziyyətdə hərəkət edən yük maşınının piyada keçidinə çırpılması nəticəsində körpü tamamilə uçub.
“Qafqazinfo” NTV-yə istinadla xəbər verir ki, dəhşətli qəza zamanı arxadan gələn iki nəqliyyat vasitəsinin də yük maşını ilə toqquşması nəticəsində 3 nəfər yaralanıb.
Məlumata görə, hərəkətdə olan yük avtomobilinin platforması qəfildən açılmağa başlayıb. Ətrafdakı digər sürücülərin siqnal verərək etdiyi xəbərdarlıqlara məhəl qoymayan sürücü yüksək sürətlə yolun üzərindəki piyada keçidinə çırpılıb. Zərbənin gücündən üst keçid yola aşıb. Bu zaman yoldan keçən mikroavtobus və minik avtomobili də dağıntılar altında qalıb.
Hadisə yerinə çoxlu sayda polis, təcili yardım, AFAD və xilasetmə qrupları cəlb edilib. Avtomobillərdə olan və yüngül xəsarət alan 3 yaralı ilkin tibbi yardımdan sonra xəstəxanayaa aparılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 May 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















