Ankaradakı mərasimdə duyğusal anlar Ərdoğan göz yaşlarını saxlaya bilmədi + VİDEO
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhdin 9-cu ildönümü münasibətilə Ankaranın Gölbaşı rayonundakı Polis Xüsusi Təyinatlı Dairə Başqanlığında şəhidlər üçün anım mərasimi təşkil olunub.
"AzPolitika" xəbər verir ki, sözügedən mərasim duyğusal bir anla yadda qalıb.
Belə ki, tədbir zamanı o gecə yaşanan hadisələri və qəhrəmanlıq mübarizəsini əks etdirən sənədli film nümayiş olunub. Filmdə FETÖ-çü xainlərə qarşı mübarizə apararaq şəhid olan qəhrəmanların həyat hekayələri və onların ailələrinin 9 ildir davam edən çətin həyatı yer alıb. Prezident Ərdoğan sənədli filmi izləyərkən dərin duyğular yaşayıb və göz yaşlarını saxlaya bilməyib.
Anım tədbirində şəhidlərin xatirəsi yad edilib, onların ailələrinə dəstək ifadə olunub. Prezident Ərdoğan çıxışında həmin gecə xalqın göstərdiyi iradəni və dövlətə sahib çıxma əzmini bir daha vurğulayıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















