ANKARADAN GÖZLƏNİLMƏZ HƏMLƏ: Türkiyə Rusiyaya qarşı mövqeyini sərtləşdirir
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
“The New York Times” qəzetinin köşə yazarı Gönül Tol yazır ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibədən sonra Moskva ilə Ankara arasındakı münasibətlərdə balans Kremlin xeyrinə olmayan istiqamətdə dəyişməyə başlayıb.
Moderator.az xəbər verir ki, müəllifin fikrincə, bu prosesdə dönüş nöqtəsi Suriyada Bəşər Əsəd rejiminin süqutu olub.
Məqalədə qeyd olunur ki, Ukraynaya qarşı müharibəyə cəlb olunan Rusiya Suriyadakı əsas müttəfiqini qoruyub saxlaya bilməyib. Bunun əksinə olaraq, Türkiyənin regiondakı təsiri və nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Bu şəraitdə Ankara Ukraynaya dəstəyini daha da gücləndirib. Bildirilir ki, Türkiyə Kiyevin Yaxın Şərq ölkələri ilə əlaqələrinin inkişafına yardım edir. Eyni zamanda, Ukrayna da Suriya və Fars körfəzi ölkələri ilə təhlükəsizlik, eləcə də pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirir.
Müəllif hesab edir ki, Türkiyə artıq NATO ilə Rusiya arasında əvvəlki kimi balans yaratmağa çalışmır və getdikcə daha çox Kremlin maraqlarına zidd addımlar atır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 07 İyun 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















