“Ankaragücü”nün baş məşqçisi: “Renat Dadaşovun zamana ehtiyacı var” İdman və Biz
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Ankaragücü”nün formasını geyinən Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov zədəsini tam sağaltmayıb.
İdman.biz xəbər verir ki, bunu Türkiyə klubunun baş məşqçisi Kenan Koçak açıqlayıb.
Mütəxəssis Renat Dadaşovun onlarla birlikdə Antalyaya təlim-məşq toplanışına yollanmasına baxmayaraq, zamana ehtiyacının olduğunu bildirib: “Müalicəsi davam edir. Onu da ən yaxın zamanda meydanda görəcəyik”.
Oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu millinin Estoniya və İsveçə qarşı oyunlarının heyətindən kənarda qalıb. Renat "Ankaragücü"nün heyətində 2024/2025 mövsümündə 9 oyunda 2 qol vurub.
Qeyd edək ki, Dadaşovun komandası Türkiyə 1-ci Liqasının 13-cü turunda Ankara derbisində "Gənclərbirliyi" ilə qarşılaşacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 Noyabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















